Biraz mənasız şeylər haqqında yazmaq istəyirəm. Məsələn, bayaq fincanlarım haqqında yazmaq istədim, bir ara bloq açıb t-shirtlərimin hekayələrini yazmaq istəyirdim. Belə-belə şeylər. Həmişə fikirləşirdim ki, bunları başqa bloq açıb yazaram. Sonradan fikirləşdim ki, elə bu bloqda yazsam, əslində, daha yaxşıdır. Burda əvvəlki yazılar bir az dəxlisiz gəlir. Yəni format biraz başqadır. Ancaq sonra burda davam […]

Sosial şəbəkələrdə hər gün paylaşılan tonlarla informasiyanı filtrasiya etmək çətin məsələdir. Lazımlı informasiyalar da çox vaxt lazımsız informasiyaların içində itib-batır. Ona görə bir neçə təklifim var. Daha doğrusu twitter istifadəçiləri üçün 3 hashtag təklif edəcəyəm. Hansı ki, bu hashtaglar daima aktual olaraq qala bilər. 1) #işelanı twitterdə iş elanı paylaşan şəxslər daimi olaraq bu hashtagdan […]

And olsun yuxarıda gördüyünüz 4 meymuna ki, bu bloq geri qayıdacaq.

Amerikalı rejissor Stenli Kubrikin sevdiyi 10 filmin siyahısını təqdim edirəm. Siyahı 1963-cü ilə aiddir. Kubrikin özü haqqında yazmaq fikrim yoxdur, onsuz da tanıyanlar tanıyır, tanımayanlar düz eləmir. Filmlərin üzərinə klikləyərək iMDB səhifələrinə baxa bilərsiniz:

Türkiyədə – İstanbulun mərkəzindəki Gezi parkının sökülməsinə görə başlayan, daha sonra bütün ölkəyə yayılan etiraz mitinqlərinin ən yaradıcı şüarları və divar yazıları:

İngiltərə tarixində “maşın dağıdanlar” və ya “ludditlər” adlanan bir hərəkat olub. “Ludditlər” sözü hərəkatın yaradıcısı sayılan Ned Ludd`un adı ilə bağlıdır. Bəs niyə maşın dağıdanlar? Bunun üçün gərək əhvalatı danışım. 1763-cü ildə Ceyms Vatt`ın buxar maşınını kəşf etməsi sənayedə inqilaba gətirib çıxardı. Əvvəllər insanlar mahudu öz evlərində əl dəzgahları ilə toxuyurdular. Bu, ağır zəhmət tələb […]

Bugün – 27 mart amerikalı rejissor, ssenarist, kinoya aid hər şeylə məşğul olan Quentin Tarantionun doğum günüdür. O, 27 mart 1963-cü ildə Tennessee ştatının Knoxville şəhərində doğulub. Bu il onun 50 yaşı tamam olur.  Haqqında çox danışmaq olar, həm də lap çox. Çünki dəhşətli dərəcədə maraqlı adamdır. Filmləri də ki, sənət əsəridir. Qısacası, bu adamı sevin.

Martın 10-u aksiya var. Əsgər ölümlərinə etiraz aksiyası. Aksiyaya xüsusilə kimlər çıxmalıdır? “Prezidentin ölkədə baş verənlərdən xəbəri yoxdur” deyənlər. Bilirik, prezidentin işi-gücü var, hər şeydən də xəbər tuta bilmir. Başı qarışıqdır. Həm də ətrafındakılar xəbərləri ona çatdırmır. Bilərəkdən gizlədirlər. Ona görə gəlin, aksiya yaxşı alınsın, böyük bir şey olsun ki, prezident bundan xəbər tutsun. “Pivə […]

Azərbaycan elə bir yerdir ki, kiçik uğurlarla, xırda məsələlərlə sevinə bilirsən. Hər yer bataqlıq olduğu üçün balaca bir quru görəndə sevinə bilirsən. İndi nə demək istədiyimi açıqlamağa çalışacağam. Ötən il qaldığımız evin bir otağında divar qəzeti açmışdıq. Kimin ürəyindən nə keçirdisə kağıza yazıb yapışdırırdı divara. Gələn qonaqların da bir şeylər yazıb divara yapışdırması ənənəyə çevrilmişdi. […]

Zəncirsiz Canqo. Park Cinema`ya da gətirmişdilər xatırlayırsınıza. Mən də kinoteatrda baxardım, ancaq pulum olmadığı üçün evdə baxdım. Jamie Foxx, Christoph Waltz, Leonardo DiCaprio kimi aktyorların rol aldığı film 25 dekabr 2012-ci ildə işıq üzü görüb. Macəra, dram, western janrında bir Quentin Tarantino filmi. Film artıq bir xeyli uğura imza atıb. Qızıl Qlobus mükafatının ən yaxşı […]

Yemək yemək mənim üçün mexaniki prosesdir. Mədəm boş qalmasın, başım ağrımasın deyə yemək yeyirəm. Dünyanın gəlmiş-keçmiş ən böyük klişe ifadələrindən birində deyildiyi kimi yaşamaq üçün yeyirəm, amma bəzən bu, belə olmur. Bəzən fikirləşirəm ki, mənim qədər yeməkdən zövq alan ikinci bir adam yoxdur.  Çox ac olanda başımı boşqaba tərəf biraz əyib tez-tez yeməyə başlayıram. Yemək […]

Bu ilin may ayı idi. British Council`ın Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin tələbələri üçün kurs təşkil etdiyini eşitdim. Müraciət etməyi qərara aldım, amma işi sonraya saxlamaq adətim olduğu üçün bu dəfə də adətimə sadiq qaldım. Beləcə müraciət etmək yadımdan çıxdı və bir də oyananda gördüm ki, müraciət tarixi bir neçə saat əvvəl bitib. Çox peşman […]

Bu yazıda Rafiq Tağının 3 illik məhbəs dövründə oxuduğu kitabların siyahısını təqdim edəcəyəm. Rafiq Tağı 2006-cı ilin noyabrında “Sənət qəzeti”ndə çap etdirdiyi “Avropa və biz” məqaləsinə görə həbs olunub, Bakı şəhəri Səbail rayon məhkəməsinin 2007-ci il 4 may tarixli hökmü ilə azadlıqdan məhrum edilib. Onu Cinayət Məcəlləsinin 283-cü maddəsi (milli, irqi və dini ədavətin qızışdırılması) ilə […]

Hiperrealizmlə tanışlığım tam təsadüfün nəticəsidir. Bu tanışlıq bir dostumun facebook səhifəsindəki paylaşımına kliklədikdən sonra başladı. Yazıda fotorealizmin, hiperrealizmin (bu iki anlayış eyni mənanı daşıyır) nə olduğu, necə yarandığından və hiperrealist rəssam Paul Cadden`dən danışacağam. Niyə məhz Paul Caddenlə başlayıram? Çünki, həmin dostum Paul Cadden`in əsərlərindən bəhs edən link paylaşmışdı. Qısacası, o mənim ilk tanışımdır. Bir […]

Tərtər çayının üzərindəki balaca dəmir körpüdən keçib yolumuza davam edirik. Yol boyu pambıq tarlaları, qarğıdalı zəmiləri uzanır. Yolun kənarındakı nişan İrəvanlı kəndinə daxil olduğumuzu xəbər verir. Kəndin sakinləri 1948-ci ildə Ermənistandan Kür-Araz ovalığına köçürülənlərdəndir. Daha dəqiqi kəndin adından bəlli olduğu kimi Yerəvan şəhərindən. 1000-ə yaxın əhalisi olan İrəvanlı kəndinin əsas dolanışıq mənbələrindən biri çiyələk təsərrüfatıdır. […]