Posted by: Emil Baghirov on: April 16, 2011
Metrodayam. Qabağımda ər arvad və iki kiçikyaşlı uşaqları oturub. Üstü tozlu qara ayaqqabı, qara şalvar, qolları ora bura sürtülməkdən parıldayan qara kurtka geyinən kişinin qaradaşlı üzüyündən və üzündəki pırtlaşıq saqqaldan dindar olduğu aydınlaşır. Qadın da başdan ayağa qara geyinib, qara çadra taxıb. Dindarlar bunu hicab adlandırır amma hicab deyəndə ağlıma rəngli baş örtüyü gəlir. Bu isə əsl çadradır. Hicab sözünün özü son vaxtlar ortaya atılıb. Çadra elə çadradı başqa adı yoxdur.
Ərlə arvadı sadəcə görüntü olsun deyə təsvir elədim. Qadının niyə çadra taxdığı mənim üçün maraqlı deyil. Çünki hər şeyi dərk edəcək yaşdadır və bunu şüurlu şəkildə özü qəbul edib. (?) Amma iki kiçik qızcığaz. İkisinin də başına çadra dolayıblar. İkisinin də belində məktəb çantası var. Balaca olan təxminən birinci sinifdə oxuyur, bacısı isə ondan bir yaş böyük olar.
Yaşca böyük görünən qıza baxıram: kiçik ağ ayaqqabılar, qırmızı kurtka və üstündə kəpənəklər olan ağ şalvar. Azadlıq rəmzi olan kəpənək və azadlıq rəmzi olan qırmızı rəng. Bu yəqinki balaca qızcığaza həyatın ironiyasıdır.
Kiçik bacısı saf baxışlarla ora-bura baxır tez-tez burnunu eşib cins şalvarının dizinə silir. Oturarkən ayaqları yerə çatmır hətta. Maraqlıdır “ana bezdim bunu çıxarmaq istəyirəm” deyəndə nə cavab verirlər ona. Və ya “ana niyə hamının başı açıqdır amma bizimki bağlıdır?” deyəndə nə cavab verirlər. Axı uşaq nə bilir din nədir, inanc nədir. Yəqinki başı açıqlar haqqında pis fikirlər səsləndirib qorxudurlar. Necəki hamımızı “filan şeyi etmə xortdan səni yeyəcək,” “filan şeyə əlini vurma həkim gəlib iynə vuracaq” deyə qorxudurdular.
Qızın hicabının altından saçı çıxıb azca. Fikirləşirəm ki, onun üçün bunun nə anlamı varki?! saçı göründü, görünmədi.. Mən bunu fikirləşdiyim vaxt atası qızın hicabını düzəldib saçı gizlədir. Gülməyim gəlir hətta buna. Bəlkə fikirləşir ki, balaca qızcığazın bayıra çıxan saçını görüb kimdəsə şəhvət hissi oyanar?
Kimlərsə deyəcək ki, mövzu tapmadın yazmağa?! Sadəcə bayaq evə gələndə gördüyüm kiçicik bir səhnədir. Axı nəyə lazımdır bu mənəvi terrorizm. Kimsə deyəcək ki; “elə belə yaxşıdır yoxsa böyüyüb əxlaqsız olacaq nəbilim nə. Əxlaqsız olmağındansa elə uşaqlıqdan bu cür böyüməsi yaxşıdır.” Bu cür fikirləşən adamların olduğuna qətiyyən şübhəm yoxdur. Onlara da deyim ki, ümumiyyətlə dini inancla əxlaqın bir-birinə heç bir aidiyyatı yoxdur. Yəni dindar olmadan da əxlaqlı olmaq olar. Heç nəyi dərk etməyən uşağa zorla çadra taxmaq elə mənəvi əxlaqsızlıqdır.
kısmen razıyım. bahsettiğiniz şahıslar müslümanlar. ama bir ayrıntı var müslümanlıkta yapılması gerekenler şahıs ergen olduktan yani doğruyu yanlışı ayırt edecek seviyeye geldikten sonra farz olunur. bahsettiğiniz minik kızın üzerine ne namaz ne oruç ne de başörtüsü farz değildir. orda tasvir olunan aile belli şeyleri oturtmadan hayatlarına dayatma yoluyla yaşamaya çalışıyorlar belli ki. fakat bu demek değildir islamiyet onların yaşadığı gibi olunmasını emrediyor! sanırım buraya kadar hemfikiriz fakat bir noktada sizinle hemfikir değilim. şöyle ki; dindar olmadan exlaqlı olmaq olar demişsiniz olabilir dindar olmadan ahlaklı olunabilir kısmen fakat ahlaklı olmadan dindar hele esas müslüman olunamaz asla! saygı ve sevgilerimi iletiyorum şahsınızda tüm Azerbaycan’a.
Rədd olsun dinlər!
teshekkurler yaziya gore, eladir
teessuf ki, cemiyyetimizde din anlami, cehalet urek agridacaq veziyyetdedir
sizin bu metnine bele bir cavabim olacag. islamda eslinde o yawdan baw baglanilmaz bunu dini bilenler bilir. amma o muhutde boyuyen uwaq hec zanam anasindan “bezdim cixardim” deye demez. dindar olub axlaqli ve ya axlaqsizligdan sohbet gedmir. ele weyler var ki biz onlari edib sonra exlaqli ve ya exlaqsiz olmadigini duwunmeliyik. cunki gunde 5 kere namaz qilmaq. baw baqlamag dua etmek bizim borcumuzdur. dini kitablar oxumuyub QURANI’ KERIMI eline almayan insan bunu anlamaz. ekseryet duwunur ki men ureyimde hereketimde duz olum namaz gilmasamda olar bu cemiyyetimiz cahilliyidi. ya dine gedib o dinde batillar ve cemiyyete insanlara yardim etmek qalir axirinci planda yada dine bilerekden yaxin durmuyub ozlerini musulman adlandirirlar. insan her terfli savadli olmalidirki ortaq mexreci tapsin onada her kes qadir deyil,
Yaziqlar olsun sene.ALLAH seni hidayet etsin.
Hidayet hicabda deyil…. Mence gozel movzudu ve bu movzunu hele bir az da achmaq lazimdir… Muellife teshekkurler… Allah ushaga hicab buyurmur… bunu zorla etmek ise hech bir cherchiveye sigishmir… Dindarliq ailenin hicabda olmasi ile deyil, aile temelinin mohkem olmasi ile olchulur
bu metni yazan insanin deyesen ne Islam dininden,ne Qurani-Kerimden, esil musaelman xanim ve beylerin nece olmagi gerekdiyinden , hedislerden, serietden hec xeberi yoxdu meslehet gorerdim ki bele bir metni yazmadan once Islam dini ile bagli elmlensin sonra rey yazsin .Allah sizlere hidayet versin
QURANI KERIM Nur suresi 32ci aye
Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin); zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından (qayınatalarından), yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları (müşrik) cariyələrdən, yaxud kişiliyi qalmamış (onlarla birlikdə yemək yeyən) xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız! (Mətləbinizə çatasınız!)
Qəşəng mövzuya toxunmusan. Dində məcburiyyət yoxdur. Amma o kişinin etdiyi isə cahillik və mövhumatçılıqdır. Hələ heç nəyi dərk etməyən bir uşağı çadraya bürümək doğru bir şey deyil. Bəlkə o böyüdü, pis yola düşdü, çadranı atdı, onda necə? Günahı yenə də valideynə yazılır. Gərək valideyn olanda da düşünüb hərəkət edəsən. Mənim babam hacı və namazında olan bir insan idi, amma onun 5 uşağı (anam da daxil) nə baş bağlayırdılar, nə də namaz qılırdılar. Babam həmişə deyirdi ki, mən məcbur edə bilmərəm, özləri hər şeyi dərk edəcək yaşdadırlar.
Qisa olaraq bildirmek isteyirem :
Bu yasda usaga Islami yasamaq ferz deyil deyenelere ;
Bu yasda usagin her hansi ibadet vacib olub olmamagindan asili olmayaraq Atasinin usagini bu yasdan Quran exlagi ile terbiye etmesine haqqi var ve duz de edir.
Ister dinde olsun ister olmasin exlaq exlaqdir deyenele ;
Qiyamet gunu iki exlaqli insan mehser meydanina getirilr . Biri cennete digeri ise cehennme aparilmasi emri verilir. Niye bes exlagi var idi deyenlere cavab. Bu sexlerden biri exlaqini ALLAH rzasi ucun yeni ALLAH vacib buyurub deye edib , digeri sadece insanlar exlaqlidir desinler deye edib ve ya ALLAHIN raziligi ile elageli olmayan basga bir sebeb ucun edib, Bax birincinin cennete girmesinin sebebi budur. IIkincisinin de cehenneme getmesinin haqqi var. Cunki ALLAH insanlara 124000 xeberdarliq eden elci gonderdiyi halda dindar exlaq ile dinsiz exlaqin ferqini gormeyib . Bu negeder ciddi oldgunu bilmeniz lazimdir. Dunyada etsiyiniz emmeller hec bir ortagi olmayan ALLAH ucun olmadigi halda cennete girmeyinizde o geder mumkun deyil. ALLAH merhemeti boyukdur amma ona serik qosmadan ibadet edenler ucun.
ALLAH hidayetinizi artirsin.
April 16, 2011 at 00:53
Tamamile raziyam…dinin terbiye ile hech bir elagesi yoxdur…