Blogger from Animal Farm

Bəxtiyar, üzr istəyirəm səndən

Posted by: Emil Baghirov on: May 18, 2011

Hər dəfə telefonla danışanda anamın iki sözündən biri “mitinqlərə çıxma” olur. Deyir başını aşağı sal dərsini oxu allah eləməsin həbs edərlər, universitetdən filan qovarlar. Doğrudan özüm də qorxuram universitetdən qovulmaqdan. Həyatım alt üst olar, əzab əziyyət hamısı hədər gedər. Hər dəfə çalışıram tədbirli davranım bacardığım qədər.

Bugün hakimiyyət Bəxtiyar Hacıyevə 2 il həbs cəzası verib zindana atandan sonra utandım özüm özümdən. Utandım öz qorxaqlığımdan. Dünyanın bir nömrəli universiteti Harvardın məzunu zindana atılırsa, mənim “Azərbaycanın təhsilinin flaqmanı” olan adı it dəftərinə də düşməyən BDU-nu bitirib bitirməməyimin nə mənası var ki?! Harvardı bitirənə belə qiymət verildikdən sonra nə gözləmək olar bunlardan.

Üzr istəyirəm, Bəxtiyar, səndən..

Birdəki nəticə bəllidir bu ölkədə. İnsanlara biliyə, intellektə görə qiymət vermirlər. Baxmırlar Harvardı bitirmisən ya Oksfordu. Yaxşı girə bilirsən, yaltaqlığı, məddahlığı bacarırsansa yolun açıqdı. Universitetdən qovularam deyə haqqını tələb etməkdən qorxanlar, universiteti bitirsəz də sizdən bir pox çıxmayacaq. Ya ömür boyu sürünəcəksiz, ya da elə sürünəcəksiz başqa yolu yoxdur..

Sonda Bəxtiyarın anası Solidə xanımın dediyi kimi: Allah gənclərimizi qorusun bu hakimiyyətdən!

3 Responses to "Bəxtiyar, üzr istəyirəm səndən"

heqiqet ve semimiyyet

Aferin!

allah qapısın açsın

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

twitter yaxşıdır ətrafı pisdir

Arxiv

 

May 2011
M T W T F S S
« Apr   Jun »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

Izləyicilər

free counters

Email ünvanınızı daxil edib, qoşulun. Yeni yazılar birbaşa elektron poçtunuza gəlsin.

Join 2,306 other followers

Statistika komitəsi

  • 87,761 hits
Online Kişi Sayacı
Follow

Get every new post delivered to your Inbox.

Join 2,306 other followers