Posted by: Emil Baghirov on: June 10, 2011
Lider TV dünən Bəxtiyar Hacıyev haqqında növbəti qarayaxma süjet yayımlayıb. Xəbəri isə nə facebook`dan, nə də ki twitter`dən aldım. Qardaşım rayondan zəng edib ki;
-Emil sən o məhkəməsinə gəlmişdine bura Gəncəyə, o Bəxtiyar Hacıyevdi?
-Hə nə olub ki?
-Bayaq Liderdə xəbərlərdə onu verirdilər. Düz edib tuturlar da kimdən artıqdı o getmir əsgərliyə?
Telefonda iki saat başa salmışam ki əslində məsələ nədir. Niyə tutublar. Əsgərlik söhbəti əslində nədir və s. Bu hadisə məni çox üzdü. Çünki, bu tipli süjetlərə çox təəssüf ki, sadə xalq inanır. Qardaşımı başa sala bildim axırda mənlə razılaşdı da. Amma hamıya əl çatmır axı. O süjetə baxan yüzlərlə adamla tək-tək söhbət etmək heç cür mümkün deyil.
İndi isə qısa olaraq videosüjeti təhlil etmək istəyirəm. Əvvəlcə izləyək.
1) “Son günlərdə hərbi xidmətdən yayındığına görə həbs edilən Bəxtiyar Hacıyevə haqq qazandırmaq istəyənlər onu az qala qəhrəmana çeviriblər. Qəhrəmanlar isə əslində vətənin keşiyində xidmət çəkənlərdir. Bu xidməti keçməyi özünə yaraşdırmayanlar yox!”
- Bəxtiyarı müdafiə edən cəbhəni çox yaxşı tanıyıram. Fikrimcə heç kim Bəxtiyarı qəhrəmana filan çevirmir. Ümumiyyətlə məsələ hansısa fərddən getmir. Hüquq pozuntusundan, haqsızlıqdan gedir. Bəxtiyarın yerində Emil də ola bilər, Əli də və ya başqası..
Guya vətən xidmətində duranların qədrini biləndilər. 2011-ci il girəndən 42 əsgər ölüb. Heç biri erməni tərəfindən deyil amma. Bu yaxınlarda Almaniyanın müdafiə naziri dissertasiyasında bir neçə vərəqin “copy paste” olduğu xəbəri ortaya çıxandan sonra istefa verdi. Bizdə isə dinc şəraitdə hər gün bir meyid gəlir öz işinin öhdəsindən gələ bilməyən yarıtmazların isə heç tükü tərpənmir. Budur bizim ölkədə insana, əsgərə verilən qiymət!
2) “Bəxtiyar Hacıyevi müdafiə edənlər eyni əyalət psixologiyası ilə şişirtməyə çalışırlar ki, o Harvardı qurtarıb”
- Bəxtiyarın Harvardı bitirməyinin elə də önəmi yoxdur Azərbaycanda. Sumqayıt Dövlət Universitetində oxuyan Cabbar Savalanlını da müdafiə edənlər demək olar ki eyni adamlardır. Qalandakı Harvard məzununa; Azərbaycan normal, demokratik, sivil ölkə olsa idi Bəxtiyar kimi gənclər həbsdə yox xalqa xidmət edəcək bir vəzifədə olardı. Normal seçki olsa idi yəqinki millət vəkili olardı. Normal heçnə olmadığı üçün həbsdədir.
3) “Bəxtiyar Hacıyev Harvardı yox Bakı Dövlət Universitetini bitirib, sadəcə olaraq Harvardın təşkil etdiyi kursları keçib. O kursları hər il Afrika cəngəlliklərindən tutmuş Avropaya qədər yüzminlərlə, Azərbaycanda isə yüzlərlə insan bitirir.”
-Burda sadəcə kiçik bir yalnışlıq olub. Bu tipli kurslar doğrudan da var və onu Afrika cəngəlliklərindən yüzlərlə insan Azərbaycandan isə Ceyhun Osmanlı bitirib. Bir vaxtlar öz profilində ali məktəb yerində Harvard yazan Ceyhun müəllimin yalanını var.az saytı ortaya çıxardı. Bəxtiyar Hacıyev isə Ceyhundan və cəngəllikdə yaşayanlardan fərqli olaraq 11-günlük kurs yox, 2007-2009-cu illərdə Harvard Universitetində İctimai Siyasət üzrə magistratura pilləsində təhsil alıb.
Ceyhunun yalanı və bu kurs haqqında əlavə məlumat üçün bu linkə baxa bilərsiz: http://var.az/arxiv/859-ceyhun-osmanl-harvard-universitetinin-mzunu-deyil
3) Bakenbard məsələsi bunların nə qədər düşük olduğunu göstərir.
4) Süjetə baxan adi bir adam elə başa düşür ki, alternativ hərbi xidmət tələb etmək üçün 3 şərt var. 1) Xəstəlik 2) Sektant 3) Cinsi azlıq
Variantların səsləndirilmə intonasiyasında ironiya, alçaltma, təhqir etmə var. Yəni onların jarqonu ilə “hərbiyə getmirsənsə deməli petuxsan!” Halbuki, konstitusiyada maddə76, ıı bənd
Vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ hərbi xidmətlə əvəz olunmasına yol verilir.
5) Və Bəxtiyarın hərbidən yayınma məsələsi. İştirak etdiyim bir məhkəməsində dövlət ittihamçısı onun 2006-cı ildən bəri fərari olduğunu iddia edirdi. Halbuki bu adam 2006-dan sonra ABŞ-da təhsil alıb, dəfələrlə ölkə sərhədini tərk edib. Hətta deputatlığa namizəd olub. Necə oldu bəs bu 4 ildə həbs edilmədi. Nə isə, həmin məhkəmədə gördüklərim mənə Azərbaycan deyilən dövlətdə yaşamağın intihara bərabər olduğunu bir daha sübut etdi.
3 | Anar
June 11, 2011 at 22:11
Əla yazıdır. Süjetə isə baxmadım. Liderin qəhbəliyinə hamı bələddir. Bütün arqumentlərini əlimizin içi kimi bilirik.
Bu cındırlara görə hirslənməyə dəyməz. Xalq hərəkatı başlananda telekanalizasiyanın heç bir təbliğat effekti olmayacaq.
4 | rufatahmad
June 13, 2011 at 14:36
Cox biabirci olkedir. Ve az qala men ozum de inanmishdim bu rolike. amma birden barmagimi dishledim ki, aye axi filan-filan faktlar da var!
5 | Aqşin Mahmudov
July 31, 2011 at 18:17
Şərhimi bura yazmaq istədim, lakin içindən təhqir çox olduğundan buranı doldurmadım, videonun altından yazdım. Bakinbord söhbəti dəhşət idi. Hər gün təmiz kantovkasına bu qədər söyüş yükləyən Pider TV “repartyorunun” enlənmiş peysəri hər şeydən daha gülməlidir, məncə.
Theme: Albeo by Design Disease.
June 11, 2011 at 00:47
Sağ olun, Emil bəy!