Posted by: Emil Baghirov on: June 30, 2011
Uşaq vaxtı səhərlər əl üzümü yumaqdan zəhləm gedirdi. Üzümü biraz isladıb yumuş kimi göstərirdim anama.
Məktəbdə oxuyarkən arabir komissiya gəlirdi məktəbə. Direktor tez-tələsik sinifə girib deyirdi komissiya sual verəcək sizə. Bilənlər sağ, bilməyənlər sol əlini qaldırsın. Yəni əl qaldıran çox görünsün.
8-ci sinifdə oxuyarkən bizim kənddə uşaqlar arasında namaz qılmaq populyarlaşdığına görə mən də namaz qılmağa başladım. Deyəsən 4-ay filan çəkdi. ( Ağıl verməyə çalışmayın! )
Atamla ünsiyyəti sevməmişəm heç vaxt, evə gələndə yerimə uzanıb özümü yatmış kimi göstərirdim.
Abituriyent vaxtı riyaziyyat hazırlığına ayda 25 manat pul verirdim amma yola verib oxumurdum.
Birinci kursda universitetin poliklinikasında müayinə olunmalı idik. Həkim bizə təklif etdi ki, 2 manat verin sizi müayinə etməyib tez buraxaq. Etiraz edib pul vermədik amma müayinə də olmadıq. Tez çıxdığımız üçün sevinirdik.
Birinci kursda həftədə bir dəfə idman dərsi olurdu. Müəllim təklif etdi ki, 30 manat verin gəlməyin qiymət yazacam.
gündəliyə valideynlərin yerinə qol çəkirdim
ela.yazilarindan xosum geldi
June 30, 2011 at 17:53
əla yazıdı. belə bir yazıları görəndə sevinirəm
June 30, 2011 at 18:08
təşəkkür, Haqverdi