Posted by: Emil Baghirov on: July 15, 2011

Cavadxan k-si. Sağda tarixi binanı ağardırlar. İnsanlar toz-torpağın içində gedib gəlməyə məcbur olurlar.
Keçən həftə rəhmətə gedən bir qohumun yasında iştirak etmək üçün rayona getməli oldum. Beləliklə həftəsonumu Gəncədə keçirdim. Sizinlə iki gün ərzində şahid olduğum hadisələri paylaşacam.
Keçək birbaş mətləbə. Şəhəri görəndə necə deyərlər gözüm kəlləmə çıxdı. Hər tərəf qum-torpaq, küçələr-yollar qazılıb, sökülmüş səkilər, evlər, obyektlər onların zir-zibili gerisini özünüz təsəvvür edin də. İsti, quru, tozlu hava – şəhər səhraya bənzəyir.
Bu ilin əvvəlində təyin edilən yeni icra hakimi şəhərdə əsaslı təmir quruculuq işləri aparır. Sual yarana bilərki təmirin nəyi pisdir. Əhali arasında sorğu keçirsək əksəriyyətin cavabı “nəyi pisdir ki şəhərimiz gözəlləşir” filan olacaq. Şəhərin gözəlləşməsi fikri ilə razıyam amma mən sizə Ay`ın Yer`dən görünməyən tərəflərini göstərim.
Deməli Gəncədə təmir olunan yerlər ancaq Heydər Əliyev, Şah İsmayıl prospektləri ümumi götürdükdə şəhərin mərkəzidir. Elə gözümüzü açandan dediyim bu yerlər hər il təmir edilir. Buralar hər gün süpürülür təmizlənir. Hər şey çox gözəl kimi görünür. Amma Gəncənin əsl üzünü görmək istəyənlər gedib bir dəfə Mirzə Fətəli Axundov küçəsinə baxsın. Vallah ən pis dağ yolunun vəziyyəti bu küçədən yaxşıdı. Şəhərin mərkəz hissəsində küçələr yollar hər il asfaltlanır ( hərçənd ki, bunun özü anormal bir şeydir ) amma kənarlarda xüsusilə avtobus-marşrutun keçmədiyi küçələr və binalararası məhəllələr bərbad vəziyyətdədir.
Elə belə gedib tanış ola bilərsiz; Sülh küçəsi, Nəsimi küçəsi, bütövlüklə Gülüstan qəsəbəsi və onlarla belə küçə. Bu lax yumurtanı qızıl suyu ilə boyamağa bənzəyir. Yumurtanı o tərəf bu tərəfə çevirirsən çox gözəl görünür, parıldayır. Amma içi laxdır.
Hər dəfə icra hakimiyyətində dəyişiklik olanda yeni gələn icra hakimi işlədiyini göstərmək üçün şəhərin mərkəzindəki parklardan birini sökdürüb yenidən yığdırır, ya da küçələri asfaltladır. Yuxarıda dediyim yerlərə isə heç kim baxmır, baxmaq istəmir. Əgər yeni icra hakimi şəhər gözəlləşdirmək iddiasında səmimi olsaydı bərbad olan yerləri təmir etdirərdi. Nəinki təmirli yeri söküb bir də təmir etmək.
Üz ağartma
Dostlarla görüşmək Cavadxan ( köhnə Sabir k-si) küçəsinə yollandım. Burada da eyni vəziyyət; küçə başdan ayağa səngər kimi qazılmışdı. İnsanlar küçənin o biri tərəfinə necə keçəcəyi isə heç kimə maraqlı deyildi.
Burda bir haşiyə çıxım. Ümumiyyətlə Azərbaycanda təmir işləri filan aparılarkən insan faktoru qətiyyən nəzərə alınmır.
Yəni mən buranı təmir edirəm, sənin toz udmağın, küçədən necə keçməyin, başına bir daşın düşüb düşməyəcəyi məni maraqlandırmır. Bakıda Nizami küçəsində gedən təmirlərdə insanlar 1-il toz udmağa məcbur oldu. Halbuki normal, insanına qiymət verən bir ölkədə təmir zamanı insan faktoru əsas götürülür. Təmir işlərinin insanların günlük yaşamına təsir qüvvəsi maksimum şəkildə azaldılır. Bizdə isə “Müvəqqəti narahatçılığa görə üzr istəyirik” yazmaqla işlərini bitirmiş sayırlar.
Və Cavadxan küçəsində məni həqiqətən dəhşətə gətirən məqam heç bir lüzum olmadan binaların ağardılması oldu. İki əsr yaşı olan qırmızı kərpicli binalar bu küçənin simasını təşkil edir. Ümumiyyətlə Gəncə memarlığında qırmızı kərpic başlıca rol oynayır. Şah Abbas məscidi, İmamzadə türbəsi, Çökək hamam kimi tarixi memarlıq abidələrini misal göstərmək olar. Tarixi binaların ağardılması ilə bağlı əlavə olaraq bu linkə də baxın; Gəncədə 3 əsrlik binalar ağardılır
Susuz şəhər
Gəncə ərazi və əhali cəhətdən Bakıdan çox kiçik olsada, müşahidəmə əsaslanaraq deyə bilərəm ki, Gəncədə bulaq daha çox olub. Amma olub! Gəncənin Mərkəzi Bazarının (Kolxoz bazarı) yanında iki bulaq varıydı. Yolumu ordan saldım ki üzümü yuyum. Nə görsəm yaxşıdı, bulaqların hər ikisi sökülüb. Doğrudan bulaq sökmək vəhşilikdi, söz tapa bilmirəm. Şah Abbas məscidinin yanındakı bulaq da demək olar ki quruyub, su damcı-damcı gəlir.
Zərdabi küçəsində insanların əllərində su qabları böyük növbəyə dayanmışdı, çox təəssüf avtobusla keçdiyim üçün şəkil çəkə bilmədim.
Yekun
Yekun olaraq deyim ki, Gəncədə təmir adı ilə milyonlar yeyilir. Eyni yerlər hər il sökülüb (ehtiyac olmadığı halda) yenidən təmir edilir. Halbuki bu pulları daha səmərəli istifadə etmək olar. Vaxt məhdudiyyəti olduğu üçün daha geniş araşdırma apara bilmədim, bunlar sadəcə müşahidələrimdir. Mətbuat bu məsələni işıqlandırmalıdır, bu baxımdan daha çox Azadlıq Radiosuna ümid edirəm. Normal araşdırma edəcək bəlkədə yeganə mətbuatdır Azərbaycanda. Gəncədə yaşayan bloqqerlərdən, sosial şəbəkə istifadəçisi olan dostlarımdan da aktivliyi artırmağı xahiş edirəm.
Qeyd: fotolar telefonla çəkildiyi üçün keyfiyyəti aşağıdır biraz. Üzürlü hesab edin.
Her gelen supurge ozu bildiyi kimi supurur,amma Gence bele ” bascilar” cox gorub,bunu da yola salacag insallah
Alik
Gorun catlasin ay Cavad xan,gor senin yurdunda kimler agalig edirler,amma teecublu deyildir,kor atin kor da nalbendi olar,
[...] : Emil Bağırovun Blogunda… Youth Exchanges Yan Menyu (test mərhələsi)Daxil olunDaxil [...]
Kash coxlari bu genc kimi gorduklerini cesaretle ifade etmeyi bacaraydi. Hami Gence xarabaliginin tozunu udur, amma susur, yeqin agzina toz dolmagindan qorxur. Tay demir ki, toz batib ey artiq…
July 15, 2011 at 19:48
Sumqayıt da bu gündədi, özü də maraqlısı odur ki, bəzi divarların ancaq yola tərəf olan hissəsi rənglənir, divarın içəri dönən hissəsi isə yox. bu da alabəzəklik yaradır. nə deyəsən ee?!
July 15, 2011 at 23:51
“bəzi divarların ancaq yola tərəf olan hissəsi rənglənir, divarın içəri dönən hissəsi isə yox” buna bax http://youtu.be/ILi9aoTiFjE