Blogger from Animal Farm

«1984»dən seçmələr (I hissə)

Posted by: Emil Baghirov on: September 22, 2011

Corc Oruell`in «1984» romanı son vaxtlar azərbaycanlı oxuyucular arasında çox populyardır. Hamı həvəslə bu kitabdan danışır, sitatlar gətirir, müzakirə və müqayisələr aparır.

Əsər haqqında bir xeyli də bloq yazısı yazılıb.

Axır ki, kitabı oxumaq mənə də nəsib oldu, demək olar yarılamışam artıq. Dediyim kimi xeyli yazı yazılsa da mən də öz ənənəmə uyğun olaraq romandan seçdiyim cümlələri sizlərlə paylaşıram. Kitab haqqında ümumi fikrimi isə bitirdikdən sonra yazacam.

Oxuduğum qədərilə qeyd edim ki,  tərcümə kifayət qədər gözəldir və buna görə Vilayət Quliyevə xüsusi alqış düşür.

  • İnanclı adam fikirləşmir. Onun ümumiyyətlə fikirləşməyə ehtiyacı yoxdur.
  • Inanclı olmaq – şüursuz olmaq deməkdir.
  • Həyatı başdan-başa tənhalıq içərisində keçən insan üçün hətta bu ani illuziya da yaddaqalan hadisəyə çevrilir.
  • Sifətindəki boya o qədər qalın çəkilmişdi ki, əl vursan sanki köhnə divar suvağı kimi qopub töküləcəkdi.
  • Onlarda şüur yaranmayana qədər üsyan etməyəcəklər. Üsyan etməsələr isə heç vaxt şüurlu olmayacaqlar.
  • Partiya şüarlarından birində deyildiyi kimi, “Prollar və heyvanlar azad idilər”
  • Necə edildiyini başa düşürəm, amma nə üçün edildiyini anlamıram.
  • Keçmişə hökm edən gələcəyə də hökm edir. Bu günə hökm edən keçmişə də hökm edir.
  • Əgər Partiya keçmişə əl uzadıb həqiqətən olmuş hadisənin heç zaman baş vermədiyini deyirsə, bu işgəncə və ölümdən daha dəhşətli deyilmi?
  • Fikirləşirdi ki, keçmiş sadəcə dəyişdirilməyib, keçmiş yerli-dibli məhv edilib. Hətta ən bəsit fakt da sənin yaddaşından başqa heç yerdə təsbit olunmayıbsa, onu gerçəkliyi necə sübut edə bilərsən?
  • Əslində, Rifah Nazirliyinin rəqəmləri dəyişdirməsində Uinston hər hansı saxtalaşdırma görmürdü. Bu, sadəcə bir cəfəngiyatın başqa cəfəngiyatla əvəz edilməsi idi.
  • Keçmiş lazım bilinməyən hər şeydən təmizlənib, təmizlənən nə varsa hamının yadından çıxıb, yalan həqiqətə çevrilib.
  • Azadlıq iki üstə gəl ikinin dördə bərabər olduğunu demək haqqıdır. Əgər buna imkan yaradılırsa, qalan hər şey öz yerini tapacaq.
  • Hər şeydən çox qızın paltarını cıraraq nümayişkaranə əda ilə kənara atması xoşuna gəlmişdi. Hərəkətin zərifliyi və saymazyanalığı ilə sanki bütün bir mədəniyyətin, bütün bir təfəkkür tərzinin üstündən xətt çəkmiş, Böyük Qardaşı, Partiyanı, Fikir Polisini – hamısını bu parlaq jestlə yox edib heçliyə döndərmişdi.
  • Onlar kiçiyi görən, böyüyün isə fərqinə vara bilməyən qarışqalara bənzəyirlər.
Corc Oruell`in “Heyvanıstan” povesti haqqındakı yazım: Heyvanıstan yoxsa Azərbaycan?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

twitter yaxşıdır ətrafı pisdir

Arxiv

 

September 2011
M T W T F S S
« Aug   Oct »
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

Izləyicilər

free counters

Email ünvanınızı daxil edib, qoşulun. Yeni yazılar birbaşa elektron poçtunuza gəlsin.

Join 2,306 other followers

Statistika komitəsi

  • 87,761 hits
Online Kişi Sayacı
Follow

Get every new post delivered to your Inbox.

Join 2,306 other followers