Bakı Dövlət Universiteti jurnalistika fakültəsində təhsil alıram. 1991-ci ildə Azərbaycan SSR-nin Xanlar rayonunda doğulmuşam.
Bizi poçt vasitəsilə göndəriblər həyata
xoşbəxtliyi zərfə qoymaq yaddan çıxıb
ünvanı da səhv yazıblar:
dünya qəsəbəsi
XXI əsr prospekti
Şərq küçəsi
ev – ağ qara
mənzil – ögümə
yaşama beləcə təhvil verilmişik ©
Təhsilimə görə hal-hazırda Bakı şəhərində yaşayıram. Geri qayıtmaq fikrim yoxdur, amma burda qalmaq fikrim də yoxdur. Bugün üçün yaşayıram. Musiqi zövqümün formalaşmadığını düşünürəm. Karikatura çəkmək qabiliyyətimin olmasını çox istəmişəm. Atamı məni şahmat məktəbinə qoymadığı üçün qınayıram. Hələ oxumadığım nə qədər kitab olduğunu düşünəndə depressiyaya düşürəm. Millətim, dövlətim, dinim, inancım, ideologiyam, baxışım, görüşüm, mövqeyim – heçnəyim yoxdur..
Özümü çıxardıram oğulluqdan
oğulluğun hər növündən;
atanın oğlu
vətənin oğlu
vətənin atasının oğlu
“ayağının altında cənnət”
cənnətlik ananın oğlu.
ana vətənin oğlu
atalığınız, vətənə atalığınız,
analığınız, müqəddəs analığınız
başınıza dəysin.
Mənə dəyməyin! ©
mail: sakitoglu@gmail.com
skype: emil.baghirov
mobil: +994558432395
Son şərhlər