Blogger from Animal Farm

Archive for the ‘Gündəlik’ Category

Beynəlxalq imicimiz

Posted by: Emil Baghirov on: May 25, 2012

Azərbaycanın beynəlxalq imici zad deyirdilər. Nə imic, ay qardaş? Beynəlxalq mediada Azərbaycanda insan hüquqlarının pozulması haqqında o qədər xəbər, məqalə çıxır ki, oxumağa vaxt çatdırmaq olmur. Bu qədər özbaşınalıq edəndə, korrupsiyaya qurşananda, əhalinin evini başına uçuranda, insanları fikrinə görə döyəndə, həbs edəndə, yataq otaqlarına baş soxanda, ölkədə polis rejimi yaradanda bunların olacağını bilməli idiniz. İndi [...]

Bakı Dövlət Universitetində fövqəladə rejim

Posted by: Emil Baghirov on: May 9, 2012

BDU-da bir neçə gündür təhlükəsizlik, daha doğrusu zəhlətökənlik və özbaşınalıq rejimi gücləndirilib. Normal hallarda hər korpusun girişində duran mühafizəçilər tələbə biletini yoxlayıb buraxırlar binaya. Son bir neçə gündə isə həm həyət darvazasın, həm də korpusun girişində tələbə bileti ilə yanaşı bel çantalarını açıb, eşib yoxlayırlar. Əslində bura kimi hər şey normal görünür, amma dünən səhər [...]

Sabitlik dövrü

Posted by: Emil Baghirov on: April 17, 2012

Dünən, 2012-ci ilin 15 aprelində gecə yatmayıb səhərə yaxın yatdığım bir gündə bir hadisə ilə qarşılaşdım. Hadisədən sonra atalar demiş əlim üzümdə qaldı. Evdən çıxıb indiki Təbriz, keçmiş Çapayev küçəsində indiki 24, keçmiş 224 nömrəli avtobusa minib 28 may metrostansiyasına tərəf istiqamət almışdıq. Təxminən Əbu Bəkr məscidinin yanında digər yoldan avtobusun yoluna çıxan BMW markalı [...]

“Su həyat mənbəyidir” ifadəsi ilə necə razılaşdım

Posted by: Emil Baghirov on: February 14, 2012

Adını dəqiq xatırlamadığım bir dahi deyib: “su həyat mənbəyidir”. Əgər həmin dahi çarvaka fəlsəfəsinə əsaslanıbsa həyat mənbəyi su ilə yanaşı torpaq, hava və ya od da ola bilərdi. Bəs nə üçün yalnız su? Uzunmüddətli axtarışdan sonra bugün anladım ki, bunun cavabını fəlsəfədə axtarmaq lazım deyil, cavab məişətdədir. Evin ev olması üçün üç şey vacibdir: işıq, qaz, [...]

2011-dən 23040 dəqiqə sonra

Posted by: Emil Baghirov on: January 17, 2012

Bayaqdan öz-özümə fikirləşdim, fikirləşdim, fikirləşdim dedim nə qədər olar ondan-bundan yazmaq. Biraz da özümə vaxt ayırım, özümdən yazım. Deməli, bugün yəni  Qriqori təqvimi ilə yanvarın 17-sini son vaxtlar çox sevdiyim kresloda qarşılamışam. Səhər saat 7-ə kimi bir dəfə tualetə getmək və bir neçə dəfə də özümə çay tökmək üçün qalxmağım  istisna eyni vəziyyətdə qalmışam. Bu [...]

Burnunu eşən hicablı qız

Posted by: Emil Baghirov on: April 16, 2011

Metrodayam. Qabağımda ər arvad və iki kiçikyaşlı uşaqları oturub. Üstü tozlu qara ayaqqabı, qara şalvar, qolları ora bura sürtülməkdən parıldayan qara kurtka geyinən kişinin qaradaşlı üzüyündən və üzündəki pırtlaşıq saqqaldan dindar olduğu aydınlaşır. Qadın da başdan ayağa qara geyinib, qara çadra taxıb. Dindarlar bunu hicab adlandırır amma hicab deyəndə ağlıma rəngli baş örtüyü gəlir. Bu [...]

Bayram gündəliyi

Posted by: Emil Baghirov on: March 31, 2011

17mart Bakı – Gəncə avtobusu Saat 14:20-də dostum Nicatla avtovağzala çatdıq. Bayramla əlaqədər sərnişin çoxluğu hiss olunur. Əgər bayramlarda, tətil günlərində bileti əvvəlcədən almasan saatlarla gözləyə hətta geri qayıda bilərsən. Fürsətdən istifadə edən bəzi sürücülər 6 manatlıq bileti 10 manata satırlar. Bu bir neçə dəfə başıma gəlib. Ona görə də əvvəlcədən almışıq bileti. Avtobusun qapısının [...]

Sənsizliyin ekspozisiyası

Posted by: Emil Baghirov on: December 22, 2010

Telefonun zəngini eşidib gözlərimi açıram. Saat 9. Hələ tezdir.. Tərəddüd.. Üzümü çevirib gözlərimi yumuram. Alınmır, yorğanı başıma çəkirəm. Amma yox, yuxum gəlmir. Özümü elədə pis hiss eləmirəm, axşam tez yatmışam adətimi pozaraq. Əl üzümü yuyub, bir fincan kofe içirəm. Axırıncı dəfə nə vaxt səhər yemək yemişdim yadıma gəlmir. Məktəbdə oxuyarkən çox sevdiyim şirin çay da [...]

Yol gündəliyi (Bakı-İstanbul-Köln)

Posted by: Emil Baghirov on: December 19, 2010

Bakı – İstanbul 03.12.2010 08:15 Yerdən 9800 metr yüksəklikdə uçuruq. Pəncərədən aşağı baxdıqda boz, çılpaq dağlar və bu dağların ətəklərində yerləşən kiçik yaşayış məskənləri görünür. Günəş artıq oyanıb. Öz şüalarını ətrafa saçır. Mənim pəncərəm əks tərəfə baxdığı üçün onu görə bilmirəm. Ərzincanla Sivas arasındayıq hal-hazırda. Biraz əvvəl yemək yemişik. Sol tərəfimdə qalstuklu bir dayday oturub. [...]


twitter yaxşıdır ətrafı pisdir

Arxiv

 

May 2012
M T W T F S S
« Apr    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Izləyicilər

free counters

Email ünvanınızı daxil edib, qoşulun. Yeni yazılar birbaşa elektron poçtunuza gəlsin.

Join 2,306 other followers

Statistika komitəsi

  • 87,761 hits
Online Kişi Sayacı
Follow

Get every new post delivered to your Inbox.

Join 2,306 other followers