Blogger from Animal Farm

Posts Tagged ‘azerbaijan

Beynəlxalq imicimiz

Posted by: Emil Baghirov on: May 25, 2012

Azərbaycanın beynəlxalq imici zad deyirdilər. Nə imic, ay qardaş? Beynəlxalq mediada Azərbaycanda insan hüquqlarının pozulması haqqında o qədər xəbər, məqalə çıxır ki, oxumağa vaxt çatdırmaq olmur. Bu qədər özbaşınalıq edəndə, korrupsiyaya qurşananda, əhalinin evini başına uçuranda, insanları fikrinə görə döyəndə, həbs edəndə, yataq otaqlarına baş soxanda, ölkədə polis rejimi yaradanda bunların olacağını bilməli idiniz. İndi [...]

Panorama: Eurovision’s Dirty Secret

Posted by: Emil Baghirov on: May 22, 2012

With just days to go to the final of this year’s Eurovision Song Contest, Panorama has been undercover inside its hosts Azerbaijan, to discover the extraordinary truth about this secretive country and its approach to the world’s most watched non-sporting event.

Polisinin qadına münasibəti

Posted by: Emil Baghirov on: May 21, 2012

İctimai Palatanın mayın 21-də keçirdiyi aksiyadan görüntü.. Azadlıq Radiosunun canlı yayımı vasitəsi ilə izləyirdim, polislər qadını təxminən 30-40 metr sürüyürlər. Qadın huşunu itirdikdən sonra isə yerə atıb heçnə olmamış kimi uzaqlaşırlar. ___ Female protester was violently dragged off by police at the demonstration held by Public Chamber.

3 may Ümumdünya Mətbuat Azadlığı günüdür.  1993-cü ildə YUNESKO-nun Baş Konfransının təklifini nəzərə alaraq BMT-nin Baş Məclisi bu tarixi “Ümumdünya Mətbuat Azadlığı Günü” elan edib. İndi gəlin görək azadlıq günündə mətbuatın vəziyyəti nə yerdədir. Azərbaycanda bugün necə qeyd edilir. Beynəlxalq təşkilatlar Azərbaycanda medianın vəziyyəti haqqında nə deyir. Freedom House təşkilatı srağa gün dünyada media azadlığının vəziyyəti [...]

Xədicə İsmayıl, səninləyik!

Posted by: Emil Baghirov on: March 8, 2012

Martın 2-si Elmar Hüseynovun qətlə yetirilməsindən 7 il ötdü. Elmarın qatilləri hələ də cəzalandırılmayıb. Martın 7-si isə araşdırmaçı-jurnalist Xədicə İsmayılovanın ünvanına təhdid və şantaj xarakterli məktub gəlib. Hakimiyyət öz iyrənc iç üzünü bir daha açıb ortaya qoyur. Səbəb aydındır. Xədicə İsmayılova çox zibillərin üstünü açıb və açmaqda davam edir. Onu susdurmaq, dayandırmaq üçün bu cür [...]

Erotik heykəllər

Posted by: Emil Baghirov on: January 19, 2012

Sosial şəbəkələrdə məşhur Əli və Nino əsərinə Gürcüstanda heykəl qoyulacağı ilə bağlı söhbətlər gəzişir. Məsələnin geniş rezonans doğurmasının səbəbi isə heykəlin pornoqrafik kompozisiyaya malik olmasıdır. Mentalitet məsələsini bir kənara qoysaq, belə bir irad var ki, əsərdə bu səviyyədə intim səhnə yoxdur. Amma burada bir məsələ var. Deməli, ədəbiyyatda da, incəsənətdə də hansısa əsərdən təsirlənib yeni [...]

2011-ci ilə qısa baxış | 2011 in review

Posted by: Emil Baghirov on: January 8, 2012

The WordPress.com stats helper monkeys prepared a 2011 annual report for this blog. Şəkilə tıkla   Here’s an excerpt: The concert hall at the Sydney Opera House holds 2,700 people. This blog was viewed about 13,000 times in 2011. If it were a concert at Sydney Opera House, it would take about 5 sold-out performances for that [...]

Bu kadrları heç vaxt televiziyada görə bilməzsiniz

Posted by: Emil Baghirov on: December 14, 2011

Azərbaycanda nələr baş verir heç xəbəriniz var? Videoya heç bir şərh vermirəm, özünüz baxıb fikirləşin sadəcə.     Maddə 13.  Mülkiyyət I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.   P.S Video Azadlıq Radiosuna məxsusdur. Bəlkə də bir adam daha baxar deyə paylaşdım bunu. Xəbər olaraq buradan oxuyun: Sulutəpədə evlər sökülür, qarşıdurma olub

Etirafıstan

Posted by: Emil Baghirov on: December 14, 2011

Etiraf edim ki, son vaxtlar yazmaqla bağlı problemlərim var. İki cümləni ard-arda düzmək əziyyətə çevrilib. Üstəlik bu twitter də bizi pis öyrədib. Cümlənin ömrü 140 işarədir tvitterdə. İkinci cümləyə isə çox vaxt yer olmur. Etiraf edim ki, Etibar o vaxtı söhbəti ortaya atanda könülsüz razılaşmışdım, indi Hacı mənim adımı qeyd edib deyə məcburən yazmalıyam. Bu arada [...]

Zor gücü ilə olan ümummilli ziyarət

Posted by: Emil Baghirov on: December 11, 2011

Bir neçə gün əvvəl Göygöl rayonunda yaşayan və bir kənddə orta məktəbdə işləyən bir qohumumla söhbətləşdim. Deyir məktəb işçilərini, müəllimləri zorla məcbur edirlər ki, ayın 12-si Heydər Əliyevin heykəlini ziyarət edin. Ziyarət etməyənlər indidən ərizələrini yazıb işdən çıxa bilərlər. Hətta rayon mərkəzində iclas keçirilib bütün məktəb direktorlarına bir-bir göstəriş verilib ki,  sən özünlə filan qədər adam [...]

Heydər Əliyev adına Göygöl rayonuna səfər

Posted by: Emil Baghirov on: September 12, 2011

Gəncədən Göygölə taksi adamın birini əlli qəpiyə aparır. Yəni dörd nəfər oturursan iki manat. Dörd nəfər oturub gedirik. Sürücünün təxminən 55-60 yaşı olar, hava isti olsa da pencək geyinib. Gəncədən çıxan kimi yolun sağ tərəfində hündür ucsuz bucaqsız rəngli hasar görünür. Üstündə tikanlı tellər quraşdırılıb. Deyilənə görə prezidentin iqamətgahıdır. Ətrafı hündür divarlarla hasarlanıb deyə, ancaq [...]

Bloqosfer2011 – təəssürtlarım və tənqidlərim

Posted by: Emil Baghirov on: September 5, 2011

Bloqosfer 2011  – Bloqçuların və Yeni Media Mütəxəssislərinin II Forumu 2-4 sentyabr tarixlərində Nabranda baş tutdu. Bu yazımda problemlərə toxunsamda ümumi götürdükdə forum yaxşı keçdi. İnternetin vəziyyətini müzakirə etdik, təkliflər hazırlandı, virtual olaraq tanıdığım insanlarla yaxından tanış oldum və maddə 4-də “Bir daha nəzərinizə çatdırırıq ki, forum əyləncə məqsədli deyil” yazılsa da yaxşıca əyləndik.  Nə [...]

Gəncliyini itirmiş gənclərin vətəni

Posted by: Emil Baghirov on: August 5, 2011

Artıq üç gündür bütün işimi gücümü atıb Xalid Hüseyni`nin «Çərpələng Uçuran» romanını oxuyuram. Oxuduqca adamın qanı donur, bədənimdən ani titrəmə keçir bəzən. Qısaca desəm kitab  Əfqanıstanın son 30-ilini təsvir edir. Bu səhər yuxudan duranda təxmini 30-səhifə oxudum və bir cümlə diqqətimi çəkdi. Oxumağı dayandırıb o cümlə haqqında fikirləşməyə başladım. Təxminən  belə idi: ABŞ-da yaşayan Əmir illər [...]

Yeni icra hakiminin Gəncədə gördüyü “quruculuq” işləri

Posted by: Emil Baghirov on: July 15, 2011

Keçən həftə rəhmətə gedən bir qohumun yasında iştirak etmək üçün rayona getməli oldum. Beləliklə həftəsonumu Gəncədə keçirdim. Sizinlə iki gün ərzində şahid olduğum hadisələri paylaşacam. Keçək birbaş mətləbə. Şəhəri görəndə necə deyərlər gözüm kəlləmə çıxdı. Hər tərəf qum-torpaq, küçələr-yollar qazılıb, sökülmüş səkilər, evlər, obyektlər onların zir-zibili gerisini özünüz təsəvvür edin də. İsti, quru, tozlu hava [...]

Eurovision`a hazırlıq; qadağanedici nişanlar

Posted by: Emil Baghirov on: May 30, 2011

Gələn il eurovision Azərbaycanda keçiriləcək. Ölkəmizə çoxlu turistlər gələcək. Bu tipli qadağanedici nişanlar paytaxtımızda çoxdur. Çox təəssüf,  xarici qonaqlarımızın bu nişanları başa düşməyəcəyi nəzərə alınmayıb. Bunu nəzərə alıb nişanları həm də ingilis dilində qoymaq lazımdır. © eurovision Azerbaijan 2012      


twitter yaxşıdır ətrafı pisdir

Arxiv

 

May 2012
M T W T F S S
« Apr    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Izləyicilər

free counters

Email ünvanınızı daxil edib, qoşulun. Yeni yazılar birbaşa elektron poçtunuza gəlsin.

Join 2,306 other followers

Statistika komitəsi

  • 87,761 hits
Online Kişi Sayacı
Follow

Get every new post delivered to your Inbox.

Join 2,306 other followers