Posted by: Emil Baghirov on: February 15, 2012
Bu yaxınlarda Seymur Baycan bir müsahibəsində “Sizcə gözəllik nədən başlayır?” sualına belə cavab vermişdi: “Herman Broxun “Vergilyanın ölümü” əsəri var. Həmin əsərdə Herman Brox yazır ki, həqiqət bəzən gözəlliyin kölgəsində gizlənir. Yaxud, gözəllik bizə həqiqəti görməyə imkan vermir. Fikrini belə əsaslandırır, məsələn, biz Misir piramidalarına baxarkən, piramidaların əzəmətindən o qədər vəcdə gəlirik ki, bu piramidaların [...]
Posted by: Emil Baghirov on: January 19, 2012
Sosial şəbəkələrdə məşhur Əli və Nino əsərinə Gürcüstanda heykəl qoyulacağı ilə bağlı söhbətlər gəzişir. Məsələnin geniş rezonans doğurmasının səbəbi isə heykəlin pornoqrafik kompozisiyaya malik olmasıdır. Mentalitet məsələsini bir kənara qoysaq, belə bir irad var ki, əsərdə bu səviyyədə intim səhnə yoxdur. Amma burada bir məsələ var. Deməli, ədəbiyyatda da, incəsənətdə də hansısa əsərdən təsirlənib yeni [...]
Posted by: Emil Baghirov on: January 17, 2012
Bayaqdan öz-özümə fikirləşdim, fikirləşdim, fikirləşdim dedim nə qədər olar ondan-bundan yazmaq. Biraz da özümə vaxt ayırım, özümdən yazım. Deməli, bugün yəni Qriqori təqvimi ilə yanvarın 17-sini son vaxtlar çox sevdiyim kresloda qarşılamışam. Səhər saat 7-ə kimi bir dəfə tualetə getmək və bir neçə dəfə də özümə çay tökmək üçün qalxmağım istisna eyni vəziyyətdə qalmışam. Bu [...]
Posted by: Emil Baghirov on: December 14, 2011
Etiraf edim ki, son vaxtlar yazmaqla bağlı problemlərim var. İki cümləni ard-arda düzmək əziyyətə çevrilib. Üstəlik bu twitter də bizi pis öyrədib. Cümlənin ömrü 140 işarədir tvitterdə. İkinci cümləyə isə çox vaxt yer olmur. Etiraf edim ki, Etibar o vaxtı söhbəti ortaya atanda könülsüz razılaşmışdım, indi Hacı mənim adımı qeyd edib deyə məcburən yazmalıyam. Bu arada [...]
Posted by: Emil Baghirov on: October 22, 2011
Bu günlərdə Qəddafi öz məşhurluğunun pik nöqtəsindədir. Bütün dünya ondan danışır. Hamı Qəddafidən yazır, ya da ondan yazanların əleyhinə yazır. Bir neçə gün idi yazılanları (köşə yazıları, bloq yazıları, statuslar, tvitlər) izləməklə məşğul idim, amma fikirlərimi ifadə edən bir yazıya rast gəlməmişdim. Amma bayaq Hürriyetin köşə yazarı Ahmet Hakanın son köşə yazısını oxudum. Qısaca olaraq [...]
Posted by: Emil Baghirov on: September 22, 2011
Corc Oruell`in «1984» romanı son vaxtlar azərbaycanlı oxuyucular arasında çox populyardır. Hamı həvəslə bu kitabdan danışır, sitatlar gətirir, müzakirə və müqayisələr aparır. Əsər haqqında bir xeyli də bloq yazısı yazılıb. Axır ki, kitabı oxumaq mənə də nəsib oldu, demək olar yarılamışam artıq. Dediyim kimi xeyli yazı yazılsa da mən də öz ənənəmə uyğun olaraq romandan seçdiyim cümlələri sizlərlə [...]
Posted by: Emil Baghirov on: September 17, 2011
Herman Hesse XX əsr alman ədəbiyyatının ən görkəmli nümayəndələrindən biridir. Nobel mükafatı laureatı (1946) olan yazıçı “Muncuq oyunu” “Yalquzaq” kimi məşhur romanların müəllifidir. Yalquzaq (almanca: Der Steppenwol) 1927-ci ildə nəşr edilib. Romanın baş qəhrəmanı Harri Haller insanlardan tamamilə ayrı düşmüş, cəmiyyətlə arasındakı zidiyyətlər getdikcə daha da dərinləşmişdi. Harri insandır, insanlar kimi geyinir, evdə yaşayır, ülvi hisslər [...]
Son şərhlər