Blogger from Animal Farm

Posts Tagged ‘lotu bextiyar

Bu kadrları heç vaxt televiziyada görə bilməzsiniz

Posted by: Emil Baghirov on: December 14, 2011

Azərbaycanda nələr baş verir heç xəbəriniz var? Videoya heç bir şərh vermirəm, özünüz baxıb fikirləşin sadəcə.     Maddə 13.  Mülkiyyət I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.   P.S Video Azadlıq Radiosuna məxsusdur. Bəlkə də bir adam daha baxar deyə paylaşdım bunu. Xəbər olaraq buradan oxuyun: Sulutəpədə evlər sökülür, qarşıdurma olub

Zor gücü ilə olan ümummilli ziyarət

Posted by: Emil Baghirov on: December 11, 2011

Bir neçə gün əvvəl Göygöl rayonunda yaşayan və bir kənddə orta məktəbdə işləyən bir qohumumla söhbətləşdim. Deyir məktəb işçilərini, müəllimləri zorla məcbur edirlər ki, ayın 12-si Heydər Əliyevin heykəlini ziyarət edin. Ziyarət etməyənlər indidən ərizələrini yazıb işdən çıxa bilərlər. Hətta rayon mərkəzində iclas keçirilib bütün məktəb direktorlarına bir-bir göstəriş verilib ki,  sən özünlə filan qədər adam [...]

Heydər Əliyev adına Göygöl rayonuna səfər

Posted by: Emil Baghirov on: September 12, 2011

Gəncədən Göygölə taksi adamın birini əlli qəpiyə aparır. Yəni dörd nəfər oturursan iki manat. Dörd nəfər oturub gedirik. Sürücünün təxminən 55-60 yaşı olar, hava isti olsa da pencək geyinib. Gəncədən çıxan kimi yolun sağ tərəfində hündür ucsuz bucaqsız rəngli hasar görünür. Üstündə tikanlı tellər quraşdırılıb. Deyilənə görə prezidentin iqamətgahıdır. Ətrafı hündür divarlarla hasarlanıb deyə, ancaq [...]

Tolerantlığın imitasiyası və ermənifobiya

Posted by: Emil Baghirov on: July 19, 2011

Modern.az xəbər portalında bir yazı oxudum – «Bakıda yaşayan, vəzifə tutan ermənilər.. » Başlığında da böyük qırmızı hərflərlə ARAŞDIRMA yazılıb. Twitter`də paylaşmışdılar deyə dedim yəqin ağıllı başlı bir araşdırma aparıblar. Yazını nə dərəcədə araşdırma adlandırmaq olar o məsələyə toxunmayacam. Mənim toxunmaq istədiyim məsələ tamam başqadır, yazıdan çıxardığım hissələr üzərində fikrimi sizə çatdırmağa çalışacam. Araşdırmalar göstərir [...]


twitter yaxşıdır ətrafı pisdir

Arxiv

 

May 2012
M T W T F S S
« Apr    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Izləyicilər

free counters

Email ünvanınızı daxil edib, qoşulun. Yeni yazılar birbaşa elektron poçtunuza gəlsin.

Join 2,306 other followers

Statistika komitəsi

  • 87,761 hits
Online Kişi Sayacı
Follow

Get every new post delivered to your Inbox.

Join 2,306 other followers