Posted by: Emil Baghirov on: May 21, 2012
İctimai Palatanın mayın 21-də keçirdiyi aksiyadan görüntü.. Azadlıq Radiosunun canlı yayımı vasitəsi ilə izləyirdim, polislər qadını təxminən 30-40 metr sürüyürlər. Qadın huşunu itirdikdən sonra isə yerə atıb heçnə olmamış kimi uzaqlaşırlar. ___ Female protester was violently dragged off by police at the demonstration held by Public Chamber.
Posted by: Emil Baghirov on: April 17, 2011
Əvvəla deyə bilərəm ki, Sahil bağı aksiya üçün uğurlu yer deyildi. Park çevik polislər tərəfindən tamamilə mühasirəyə alınmışdı. Hətta jurnalistləri də buraxmırdılar. Aksiyanın deyilən yerdə baş tutmaması isə aksiyaçıların parçalanmasına səbəb oldu. Şahidi olduğum maraqlı faktları sizlərlə paylaşmaq istəyirəm. Polis rəisi üzünü polisə tutub digər polisləri göstərərək “əə o petuxlar nəyə durub orda?!” Polis isə [...]
Bu kadrları heç vaxt televiziyada görə bilməzsiniz
Posted by: Emil Baghirov on: December 14, 2011
Azərbaycanda nələr baş verir heç xəbəriniz var? Videoya heç bir şərh vermirəm, özünüz baxıb fikirləşin sadəcə. Maddə 13. Mülkiyyət I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. P.S Video Azadlıq Radiosuna məxsusdur. Bəlkə də bir adam daha baxar deyə paylaşdım bunu. Xəbər olaraq buradan oxuyun: Sulutəpədə evlər sökülür, qarşıdurma olub