Azərbaycanın Fransaya qarşı atacağı addımlar bəlli olub

Fransa parlamenti “erməni soyqırımı”nın inkarını qadağan edən qanun qəbul edib. Beləki, Fransada bundan sonra kim 1915-ci ildə Osmanlı Türkiyəsində ermənilərə qarşı soyqırımın olmadığını desə onu 45 min avro cərimə və 1 il həbs gözləyir. Qərar Türkiyədə ciddi etirazlara səbəb olub, Fransaya qarşı sanksiyalar tətbiq olunacaq. Türklər sosial şəbəkələrdə əhalini fransızlara məxsus olan hər şeyi boykot etməyə çağırır.

Qardaş Türkiyəyə dəstək olmaq istəyən azərbaycanlılar da çox düşündükdən sonra qərara gəliblər ki, Fransa ədəbiyyatını boykot etsinlər. Qəbul edilən qərara görə bundan sonra Azərbaycanda kim Alber Kamyu, Gi de Mopassan, Aleksandr Düma, Andre Jid, Antuan de Sent-Ekzüperi, Emil Zolya, Fransua Rable, Jan Jak Russo, Jan-Pol Sartr, Jorj Sand, Jül Vern, Moris Drüon, Onore de Balzak, Prosper Merime, Qüstav Flober, Viktor Hüqo, Volter, Monteskyö, Jan Kokto və başqalarının kitabını oxusa 45 min manat cərimə və 1 il müddətində həbs cəzası ilə cəzalandırılacaq və üstəlik həmin adamın evi də SOCAR işçiləri tərəfindən söküləcək.

Hətta Azərabaycan höküməti daha sərt addım ataraq ilk dəfə fransız maarifçisi Monteskyönün verdiyi hakimiyyətin bölünməsi prinsipindən də imtina etmək istəyir. Milli Məclis növbədənkənar sessiyasında bu məsələ müzakirə ediləcək.

Xatırladaq ki, Monteskyö 1748-ci ildə yazdığı “Qanunların ruhu” əsərində hakimiyyətin üç yerə bölünməsi (qanunverici, icraedici və məhkəmə) və qarşılıqlı məhdudlaşdırılması prinsipini irəli sürüb. 

4 Şərh

  1. maraqli yazidir. Amma bu baykota emel etmek debillik olardi )

  2. zaur qurbanli · · Cavabla

    tam destekleyirem. gozel qerardir. bir turk oglu turkuk. atalarimiz at belinde boyuyub parta arxasinda yox. aaaaaaaauuuuuuuuuuuuuu. haray, haray, men turkem

  3. Bənövşə Xəyalpərəst · · Cavabla

    Mən də fransız repi dinləməyəcəyəm. 🙂

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: