Başlıq fikirləşə bilmədim

Biraz mənasız şeylər haqqında yazmaq istəyirəm. Məsələn, bayaq fincanlarım haqqında yazmaq istədim, bir ara bloq açıb t-shirtlərimin hekayələrini yazmaq istəyirdim. Belə-belə şeylər. Həmişə fikirləşirdim ki, bunları başqa bloq açıb yazaram. Sonradan fikirləşdim ki, elə bu bloqda yazsam, əslində, daha yaxşıdır. Burda əvvəlki yazılar bir az dəxlisiz gəlir. Yəni format biraz başqadır. Ancaq sonra burda davam eləsəm, özüm özümdə baş verən dəyişiklikləri daha yaxşı görə bilərəm, deyə fikirləşdim. Yəni burda davam edək, məncə. İstənilən halda yeni bir bloq açıb anonim ağzıma gələni yazmaq istəyi hələ də öz yerindədir.

İndi yaza-yaza fikirləşdim ki, t-shirtlər haqqında ayrıca bloq açsam, daha yaxşıdır. İndi bir az da bu günlərdə qazandığım ən böyük uğurlardan danışım. Qaldığımız yerə yaxın bir yerdə evə çatdırılması olan restoran kəşf elədim. Menyu da kifayət qədər zəngindi. Yəni, evə çatdırılma deyəndə ağlınıza təkcə dönər gəlməsin. Şamxal spagetti sifariş verib, mən göbələk supu. Onu gözləyirik. Bayaq ilk dəfə həmin yerdən sifariş vermişik. Bir az hiss eləyirəm ki, çatdırılma gec olmağa başlayır artıq. Ancaq hələ də həmin restorana inanıram. Bu gün üçün verdiyimiz qərarlardan biri də coca-cola içməməkdi. Yalnız portağal suyu almışıq. Bununla sağlam həyat tərzinə keçdiyimizə inanırıq.

Bu günlərdə günləri səhv salıram. Bir ara bu günü iki gün kimi fikirləşdim. Elə olur ki, günorta saat 1-ə kimi günü başa vururam. Biraz Sid Barrettin təsiri altındayam. Biraz mətbəx haqqında fikirləşirəm. Biraz da Nərimanovda Həsənoğlu küçəsində qaldığımız ev haqqında fikirləşirəm. 2015-ci ilə başqa cür girmişəm, yeni evdə də başqa cürdür hər şey. Ciddi dəyişiklik var. Yaxşıdır, əslində.

One comment

  1. Ceferina · · Reply

    Escribir sobre el sentido de las cosas que nos importan,y que son irrelevantes para los demas tiene sentido,y es nuestra realidad.
    En el 2015 quizas fue cocacola y jugo de naranja,hoy en el 2017 uns leffe,quizas.
    Escribir es un sueño a los 17,y una realidad a los 26.
    Un blog toma connotaciones,y puede llegar a ser una novela.
    La escritura toma sentido cuando lo cotidiano toma experiencia de la vida.
    Escribir tiene sentido si nos bañamos en las palabras de la vida.
    Una fotografia describe la realidad,hace una critica a la realidad.
    De una fotografia sale una novela,y de un blog nuestro camino por la vida.
    El amor acompaña nuestro mundo en la escritura en los blogs,en este caso en las tazas,camisetas,etc

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: