Category Gündəlik

Bir məktəbin tarixçəsi

Avtomobildən düşüb hər iki tayı açıq olan darvazadan içəri keçirik. Yemək qoxularının bir-birinə qarışdığı həyətin düz ortasında peyinlə dolu traktor lafeti durur. Ağ-qara forma geyinən uşaqların qaçıb-oynamasından hürkən toyuqlar küncə qısılıb qorxulu nəzərlərlə ətrafa boylanır. Ön tərəfi boyanan binanın arxa tərəfində taxta-dəmir tullantılarından düzəldilmiş eyvanlar yan-yana düzülüb. Bu təzadlı təsvirdən sonra beyninizdə nə formalaşdığını bilmirəm, […]

Əsgərin dəyəri

Bildiyiniz Gəncənin Xan bağında oturub mafiya oynayırdıq. Daha doğrusu çay içib mafiya oynayırdıq. Bakıda bulvarda saatın altındakı o Kələki dediyimiz çayxanada dəniz suyundan süzülüb verilən çay 2 manatdır, amma burda ən bahalı, babat çay 1 manat 50 qəpikdir. Bu arada bugün uzun müddətdən sonra saçımı da kəsdirdim. Saç kəsdirib üstəlik də başımı yudurtmağa 3 manat […]

Şəhid atası özünü niyə yandırdı?

Sosial şəbəkələrdə yayılan xəbərə görə bir neçə gün əvvəl şəhid olan əsgərlərdən birinin atası Milli Məclisin qarşısında özünü yandırıb. Məlumata görə, oğlunun bu ayın beşində şəhid olduğunu deyən atanın sözlərinə görə, heç kim onunla maraqlanmır: “Şəhid olan gündən gətirib üstümüzə atdılar. Ondan sonra heç kim soruşmur ki, nə vəziyyətdəyik. Mənim oğlum hələ uşaq idi. Onun […]

Adamozavrlar fəsiləsi

Bu statusu gənclərin 17 mart mitinqindən sonra əxlaqsızlıqlarını silah kimi əllərinə alıb üzərimizə hücuma keçən adamozavrlara həsr etmişdim. Həm də dostlarıma çağırış edirdim ki, fikir verməsinlər bu tiplərə. Buzlar əriyib istiləşmə dövrü başlayandan həmin adamozavrlar fəsiləsindən olanlar yenidən baş qaldırıblar. Bir az da çoxalıblar. Ona görə də çağırışı yenidən dərc etməyə məcbur oldum. Bəzi adamlar […]

Beynəlxalq imicimiz

Azərbaycanın beynəlxalq imici zad deyirdilər. Nə imic, ay qardaş? Beynəlxalq mediada Azərbaycanda insan hüquqlarının pozulması haqqında o qədər xəbər, məqalə çıxır ki, oxumağa vaxt çatdırmaq olmur. Bu qədər özbaşınalıq edəndə, korrupsiyaya qurşananda, əhalinin evini başına uçuranda, insanları fikrinə görə döyəndə, həbs edəndə, yataq otaqlarına baş soxanda, ölkədə polis rejimi yaradanda bunların olacağını bilməli idiniz. İndi […]

Bakı Dövlət Universitetində fövqəladə rejim

BDU-da bir neçə gündür təhlükəsizlik, daha doğrusu zəhlətökənlik və özbaşınalıq rejimi gücləndirilib. Normal hallarda hər korpusun girişində duran mühafizəçilər tələbə biletini yoxlayıb buraxırlar binaya. Son bir neçə gündə isə həm həyət darvazasın, həm də korpusun girişində tələbə bileti ilə yanaşı bel çantalarını açıb, eşib yoxlayırlar. Əslində bura kimi hər şey normal görünür, amma dünən səhər […]

Sabitlik dövrü

Dünən, 2012-ci ilin 15 aprelində gecə yatmayıb səhərə yaxın yatdığım bir gündə bir hadisə ilə qarşılaşdım. Hadisədən sonra atalar demiş əlim üzümdə qaldı. Evdən çıxıb indiki Təbriz, keçmiş Çapayev küçəsində indiki 24, keçmiş 224 nömrəli avtobusa minib 28 may metrostansiyasına tərəf istiqamət almışdıq. Təxminən Əbu Bəkr məscidinin yanında digər yoldan avtobusun yoluna çıxan BMW markalı […]

“Su həyat mənbəyidir” ifadəsi ilə necə razılaşdım

Adını dəqiq xatırlamadığım bir dahi deyib: “su həyat mənbəyidir”. Əgər həmin dahi çarvaka fəlsəfəsinə əsaslanıbsa həyat mənbəyi su ilə yanaşı torpaq, hava və ya od da ola bilərdi. Bəs nə üçün yalnız su? Uzunmüddətli axtarışdan sonra bugün anladım ki, bunun cavabını fəlsəfədə axtarmaq lazım deyil, cavab məişətdədir. Evin ev olması üçün üç şey vacibdir: işıq, qaz, […]

2011-dən 23040 dəqiqə sonra

Bayaqdan öz-özümə fikirləşdim, fikirləşdim, fikirləşdim dedim nə qədər olar ondan-bundan yazmaq. Biraz da özümə vaxt ayırım, özümdən yazım. Deməli, bugün yəni  Qriqori təqvimi ilə yanvarın 17-sini son vaxtlar çox sevdiyim kresloda qarşılamışam. Səhər saat 7-ə kimi bir dəfə tualetə getmək və bir neçə dəfə də özümə çay tökmək üçün qalxmağım  istisna eyni vəziyyətdə qalmışam. Bu […]

Burnunu eşən hicablı qız

Metrodayam. Qabağımda ər arvad və iki kiçikyaşlı uşaqları oturub. Üstü tozlu qara ayaqqabı, qara şalvar, qolları ora bura sürtülməkdən parıldayan qara kurtka geyinən kişinin qaradaşlı üzüyündən və üzündəki pırtlaşıq saqqaldan dindar olduğu aydınlaşır. Qadın da başdan ayağa qara geyinib, qara çadra taxıb. Dindarlar bunu hicab adlandırır amma hicab deyəndə ağlıma rəngli baş örtüyü gəlir. Bu […]

Bayram gündəliyi

17mart Bakı – Gəncə avtobusu Saat 14:20-də dostum Nicatla avtovağzala çatdıq. Bayramla əlaqədər sərnişin çoxluğu hiss olunur. Əgər bayramlarda, tətil günlərində bileti əvvəlcədən almasan saatlarla gözləyə hətta geri qayıda bilərsən. Fürsətdən istifadə edən bəzi sürücülər 6 manatlıq bileti 10 manata satırlar. Bu bir neçə dəfə başıma gəlib. Ona görə də əvvəlcədən almışıq bileti. Avtobusun qapısının […]