Category Kinoya baxıram

Stenli Kubrikin sevdiyi 10 film

Amerikalı rejissor Stenli Kubrikin sevdiyi 10 filmin siyahısını təqdim edirəm. Siyahı 1963-cü ilə aiddir. Kubrikin özü haqqında yazmaq fikrim yoxdur, onsuz da tanıyanlar tanıyır, tanımayanlar düz eləmir. Filmlərin üzərinə klikləyərək iMDB səhifələrinə baxa bilərsiniz: 1) I vitelloni – Federico Fellini 2) Wild Strawberries – Ingmar Bergman 3) Citizen Kane – Orson Welles 4) The Treasure of […]

Quentin Tarantino – 50!

Bugün – 27 mart amerikalı rejissor, ssenarist, kinoya aid hər şeylə məşğul olan Quentin Tarantionun doğum günüdür. O, 27 mart 1963-cü ildə Tennessee ştatının Knoxville şəhərində doğulub. Bu il onun 50 yaşı tamam olur.  Haqqında çox danışmaq olar, həm də lap çox. Çünki dəhşətli dərəcədə maraqlı adamdır. Filmləri də ki, sənət əsəridir. Qısacası, bu adamı sevin.

Django Unchained

Zəncirsiz Canqo. Park Cinema`ya da gətirmişdilər xatırlayırsınıza. Mən də kinoteatrda baxardım, ancaq pulum olmadığı üçün evdə baxdım. Jamie Foxx, Christoph Waltz, Leonardo DiCaprio kimi aktyorların rol aldığı film 25 dekabr 2012-ci ildə işıq üzü görüb. Macəra, dram, western janrında bir Quentin Tarantino filmi. Film artıq bir xeyli uğura imza atıb. Qızıl Qlobus mükafatının ən yaxşı […]

Süt (film, 2008)

Bugünlərdə “Süd” filminə baxdım. Bir Semih Kaplanoğlu klassikası. Türk filmi deyəndə ağlınıza “Aşk tesadüfleri sever”, “İncir Reçeli”, “Aşk tutulması” və sair gələ bilər, ancaq siz bir də Semih Kaplanoğlunun, Nuri Bilge Ceylanın, Yılmaz Güneyin filmlərini izləyin. “Süd” Semih Kaplanoğlunun Yusuf trilogiyasının ikinci filmdir. Film haqqında bir şey deyə bilməyəcəyəm. Deməyə bir sözüm yoxdur. Bu hiss […]

Hər qadağa öz etirazçısını yaradır

Filmlər haqqındakı yazıları davam etdirirəm. Baxdığım sonuncu film “Kağıt” oldu. İstehsalı: 2011 Türkiyə Növ: Dram, Siyasi Rejissor: Sinan Çetin Ssenari: Sinan Çetin Prodüser: Sinan Çetin Musiqi: Fırat Yükselir Fimin şüarı belədir:  “Hangi kağıt hayattan daha değerlidir?” Rejissor Sinan Çetin isə öz filmini belə şərh edib: “Saçma sapan yasaklar koyanların hiç yargılanmamasını eleştirdim.” Rollarda Öner Erkan, Asuman Dabak, Ayşen […]

O.. Çocukları

“O çocukları” filminə baxdım dünən. Bu  günə kimi baxdığım türk filmləri arasında bu film şübhəsiz ilk sıralarda yer alıb.   İstehsal: 2008 ~ Türkiyə Növ: Dram, Komedi, Psixoloji Rejissor: Murat Saraçoğlu Ssenari: Sırrı Süreyya Önder Musiqi: Kıraç Hadisələr 1981-ci il Türkiyəsində baş verir. 1980-ci il hərbi çevrilişindən sonra solçular, anarxistlər repressiyalara məruz qalır. Əri və […]

Son İstasyon

Film haqqında ilk dəfə yazıram. Əvvəllər bir neçə dəfə cəhd etməyə cəhd etmişəm amma alınmayıb 🙂 Haqqında danışacağım filmə isə bir dostumun təklifi ilə baxdım. İradınız, təklifiniz, əlavə fikriniz olsa yazının altında şərh yerinə yazın. Yükləmək istəyənlər üçün və online izləmək üçün. Önemli olan düşmek değil, neden düşdüğünü bilmektir.. İstehsal: 2010  Türkiyə Növ: Dram Rejissor: Oğulcan Kırca Rollarda: Levent Kırca,  Damla Sönmez,  Korel Cezayirli,  Suna […]