Tag Archives: Azərbaycan

Beynəlxalq imicimiz

Azərbaycanın beynəlxalq imici zad deyirdilər. Nə imic, ay qardaş? Beynəlxalq mediada Azərbaycanda insan hüquqlarının pozulması haqqında o qədər xəbər, məqalə çıxır ki, oxumağa vaxt çatdırmaq olmur. Bu qədər özbaşınalıq edəndə, korrupsiyaya qurşananda, əhalinin evini başına uçuranda, insanları fikrinə görə döyəndə, həbs edəndə, yataq otaqlarına baş soxanda, ölkədə polis rejimi yaradanda bunların olacağını bilməli idiniz. İndi […]

Polisinin qadına münasibəti

İctimai Palatanın mayın 21-də keçirdiyi aksiyadan görüntü.. Azadlıq Radiosunun canlı yayımı vasitəsi ilə izləyirdim, polislər qadını təxminən 30-40 metr sürüyürlər. Qadın huşunu itirdikdən sonra isə yerə atıb heçnə olmamış kimi uzaqlaşırlar. ___ Female protester was violently dragged off by police at the demonstration held by Public Chamber.

Bakı Dövlət Universitetində fövqəladə rejim

BDU-da bir neçə gündür təhlükəsizlik, daha doğrusu zəhlətökənlik və özbaşınalıq rejimi gücləndirilib. Normal hallarda hər korpusun girişində duran mühafizəçilər tələbə biletini yoxlayıb buraxırlar binaya. Son bir neçə gündə isə həm həyət darvazasın, həm də korpusun girişində tələbə bileti ilə yanaşı bel çantalarını açıb, eşib yoxlayırlar. Əslində bura kimi hər şey normal görünür, amma dünən səhər […]

Azərbaycanın Fransaya qarşı atacağı addımlar bəlli olub

Fransa parlamenti “erməni soyqırımı”nın inkarını qadağan edən qanun qəbul edib. Beləki, Fransada bundan sonra kim 1915-ci ildə Osmanlı Türkiyəsində ermənilərə qarşı soyqırımın olmadığını desə onu 45 min avro cərimə və 1 il həbs gözləyir. Qərar Türkiyədə ciddi etirazlara səbəb olub, Fransaya qarşı sanksiyalar tətbiq olunacaq. Türklər sosial şəbəkələrdə əhalini fransızlara məxsus olan hər şeyi boykot […]

Burnunu eşən hicablı qız

Metrodayam. Qabağımda ər arvad və iki kiçikyaşlı uşaqları oturub. Üstü tozlu qara ayaqqabı, qara şalvar, qolları ora bura sürtülməkdən parıldayan qara kurtka geyinən kişinin qaradaşlı üzüyündən və üzündəki pırtlaşıq saqqaldan dindar olduğu aydınlaşır. Qadın da başdan ayağa qara geyinib, qara çadra taxıb. Dindarlar bunu hicab adlandırır amma hicab deyəndə ağlıma rəngli baş örtüyü gəlir. Bu […]