Tag Archives: azerbaycan

Polisinin qadına münasibəti

İctimai Palatanın mayın 21-də keçirdiyi aksiyadan görüntü.. Azadlıq Radiosunun canlı yayımı vasitəsi ilə izləyirdim, polislər qadını təxminən 30-40 metr sürüyürlər. Qadın huşunu itirdikdən sonra isə yerə atıb heçnə olmamış kimi uzaqlaşırlar. ___ Female protester was violently dragged off by police at the demonstration held by Public Chamber.

Bakı Dövlət Universitetində fövqəladə rejim

BDU-da bir neçə gündür təhlükəsizlik, daha doğrusu zəhlətökənlik və özbaşınalıq rejimi gücləndirilib. Normal hallarda hər korpusun girişində duran mühafizəçilər tələbə biletini yoxlayıb buraxırlar binaya. Son bir neçə gündə isə həm həyət darvazasın, həm də korpusun girişində tələbə bileti ilə yanaşı bel çantalarını açıb, eşib yoxlayırlar. Əslində bura kimi hər şey normal görünür, amma dünən səhər […]

Azərbaycanın Fransaya qarşı atacağı addımlar bəlli olub

Fransa parlamenti “erməni soyqırımı”nın inkarını qadağan edən qanun qəbul edib. Beləki, Fransada bundan sonra kim 1915-ci ildə Osmanlı Türkiyəsində ermənilərə qarşı soyqırımın olmadığını desə onu 45 min avro cərimə və 1 il həbs gözləyir. Qərar Türkiyədə ciddi etirazlara səbəb olub, Fransaya qarşı sanksiyalar tətbiq olunacaq. Türklər sosial şəbəkələrdə əhalini fransızlara məxsus olan hər şeyi boykot […]

Bu kadrları heç vaxt televiziyada görə bilməzsiniz

Azərbaycanda nələr baş verir heç xəbəriniz var? Videoya heç bir şərh vermirəm, özünüz baxıb fikirləşin sadəcə.     Maddə 13.  Mülkiyyət I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.   P.S Video Azadlıq Radiosuna məxsusdur. Bəlkə də bir adam daha baxar deyə paylaşdım bunu. Xəbər olaraq buradan oxuyun: Sulutəpədə evlər sökülür, qarşıdurma olub

Eurovision`a hazırlıq; qadağanedici nişanlar

Gələn il eurovision Azərbaycanda keçiriləcək. Ölkəmizə çoxlu turistlər gələcək. Bu tipli qadağanedici nişanlar paytaxtımızda çoxdur. Çox təəssüf,  xarici qonaqlarımızın bu nişanları başa düşməyəcəyi nəzərə alınmayıb. Bunu nəzərə alıb nişanları həm də ingilis dilində qoymaq lazımdır. © eurovision Azerbaijan 2012