Tag Archives: blog

Jurnalistikada Yeni Nəsil

Bu ilin may ayı idi. British Council`ın Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin tələbələri üçün kurs təşkil etdiyini eşitdim. Müraciət etməyi qərara aldım, amma işi sonraya saxlamaq adətim olduğu üçün bu dəfə də adətimə sadiq qaldım. Beləcə müraciət etmək yadımdan çıxdı və bir də oyananda gördüm ki, müraciət tarixi bir neçə saat əvvəl bitib. Çox peşman oldum. […]

Soldar psixologiyası

Azərbaycanda özünə solçu deyən heç kimlə problemim yoxdur. Əksinə, hətta bəziləri ilə yaxın münasibətim var. Solfrontun fəaliyyətini, gördüyü işləri yüksək qiymətləndirirəm. Kitab tərcümələri də öz yerində. Cəmiyyətdə gərək rəngarənglik, fərqli fikirlər və bu fərqli fikirlər arasında da sağlam rəqabət olsun. Sağlam toplum üçün sol vacibdir. Keçək mətləbə. Bu solçularla yanaşı bir də, fikrimcə, sola heç bir […]

Panorama: Eurovision’s Dirty Secret

With just days to go to the final of this year’s Eurovision Song Contest, Panorama has been undercover inside its hosts Azerbaijan, to discover the extraordinary truth about this secretive country and its approach to the world’s most watched non-sporting event.

Polisinin qadına münasibəti

İctimai Palatanın mayın 21-də keçirdiyi aksiyadan görüntü.. Azadlıq Radiosunun canlı yayımı vasitəsi ilə izləyirdim, polislər qadını təxminən 30-40 metr sürüyürlər. Qadın huşunu itirdikdən sonra isə yerə atıb heçnə olmamış kimi uzaqlaşırlar. ___ Female protester was violently dragged off by police at the demonstration held by Public Chamber.

Bakı Dövlət Universitetində fövqəladə rejim

BDU-da bir neçə gündür təhlükəsizlik, daha doğrusu zəhlətökənlik və özbaşınalıq rejimi gücləndirilib. Normal hallarda hər korpusun girişində duran mühafizəçilər tələbə biletini yoxlayıb buraxırlar binaya. Son bir neçə gündə isə həm həyət darvazasın, həm də korpusun girişində tələbə bileti ilə yanaşı bel çantalarını açıb, eşib yoxlayırlar. Əslində bura kimi hər şey normal görünür, amma dünən səhər […]

Etirafnamə

Etiraf edim ki, son vaxtlar yazmaqla bağlı problemlərim var. İki cümləni ard-arda düzmək əziyyətə çevrilib. Üstəlik bu twitter də bizi pis öyrədib. Cümlənin ömrü 140 işarədir tvitterdə. İkinci cümləyə isə çox vaxt yer olmur. Etiraf edim ki, Etibar o vaxtı söhbəti ortaya atanda könülsüz razılaşmışdım, indi Hacı mənim adımı qeyd edib deyə məcburən yazmalıyam. Bu arada […]

1984’dən seçmələr (II hissə)

Corc Oruell`in 1984 romanından seçmələrin birinci hissəsini paylaşmışdım sizlərlə. «1984»dən seçmələr (I hissə) Kitabı iki həftəyə yaxındır bitirmişəm, amma imkan edib ikinci hissəni yerləşdirə bilmirdim. Buyurun bu da altından xətt çəkdiyim cümlələrin ikinci hissəsi. Bu rəqibin mat elanı qarşısıında yeni, uğurlu gediş etməyə bənzəyirdi. Məktubların açılıb oxunduğu çoxdan heç kimə sirr deyildi. İndi tək-tük adamlar bir-birləri […]

1984’dən seçmələr (I hissə)

Corc Oruell`in «1984» romanını alıb oxumaq üçün xeyli səbirsizlənirdim. Axır ki, alıb oxumaq nəsib oldu. Kitabı demək olar yarılamışam. Oxuduğum qədərilə qeyd edim ki,  tərcümə kifayət qədər gözəldir və buna görə Vilayət Quliyevə xüsusi alqış düşür. Ənənəyə uyğun olaraq romandan seçdiyim cümlələri sizlərlə paylaşıram. İnanclı adam fikirləşmir. Onun ümumiyyətlə fikirləşməyə ehtiyacı yoxdur. Inanclı olmaq – şüursuz olmaq deməkdir. […]

Hər qadağa öz etirazçısını yaradır

Filmlər haqqındakı yazıları davam etdirirəm. Baxdığım sonuncu film “Kağıt” oldu. İstehsalı: 2011 Türkiyə Növ: Dram, Siyasi Rejissor: Sinan Çetin Ssenari: Sinan Çetin Prodüser: Sinan Çetin Musiqi: Fırat Yükselir Fimin şüarı belədir:  “Hangi kağıt hayattan daha değerlidir?” Rejissor Sinan Çetin isə öz filmini belə şərh edib: “Saçma sapan yasaklar koyanların hiç yargılanmamasını eleştirdim.” Rollarda Öner Erkan, Asuman Dabak, Ayşen […]

Bloqosfer2011 – təəssürtlarım və tənqidlərim

Bloqosfer 2011  – Bloqçuların və Yeni Media Mütəxəssislərinin II Forumu 2-4 sentyabr tarixlərində Nabranda baş tutdu. Bu yazımda problemlərə toxunsamda ümumi götürdükdə forum yaxşı keçdi. İnternetin vəziyyətini müzakirə etdik, təkliflər hazırlandı, virtual olaraq tanıdığım insanlarla yaxından tanış oldum və maddə 4-də “Bir daha nəzərinizə çatdırırıq ki, forum əyləncə məqsədli deyil” yazılsa da yaxşıca əyləndik. 🙂 […]