Tag Archives: blogging

Panorama: Eurovision’s Dirty Secret

With just days to go to the final of this year’s Eurovision Song Contest, Panorama has been undercover inside its hosts Azerbaijan, to discover the extraordinary truth about this secretive country and its approach to the world’s most watched non-sporting event.

Polisinin qadına münasibəti

İctimai Palatanın mayın 21-də keçirdiyi aksiyadan görüntü.. Azadlıq Radiosunun canlı yayımı vasitəsi ilə izləyirdim, polislər qadını təxminən 30-40 metr sürüyürlər. Qadın huşunu itirdikdən sonra isə yerə atıb heçnə olmamış kimi uzaqlaşırlar. ___ Female protester was violently dragged off by police at the demonstration held by Public Chamber.

Bakı Dövlət Universitetində fövqəladə rejim

BDU-da bir neçə gündür təhlükəsizlik, daha doğrusu zəhlətökənlik və özbaşınalıq rejimi gücləndirilib. Normal hallarda hər korpusun girişində duran mühafizəçilər tələbə biletini yoxlayıb buraxırlar binaya. Son bir neçə gündə isə həm həyət darvazasın, həm də korpusun girişində tələbə bileti ilə yanaşı bel çantalarını açıb, eşib yoxlayırlar. Əslində bura kimi hər şey normal görünür, amma dünən səhər […]

Etirafnamə

Etiraf edim ki, son vaxtlar yazmaqla bağlı problemlərim var. İki cümləni ard-arda düzmək əziyyətə çevrilib. Üstəlik bu twitter də bizi pis öyrədib. Cümlənin ömrü 140 işarədir tvitterdə. İkinci cümləyə isə çox vaxt yer olmur. Etiraf edim ki, Etibar o vaxtı söhbəti ortaya atanda könülsüz razılaşmışdım, indi Hacı mənim adımı qeyd edib deyə məcburən yazmalıyam. Bu arada […]

Hər qadağa öz etirazçısını yaradır

Filmlər haqqındakı yazıları davam etdirirəm. Baxdığım sonuncu film “Kağıt” oldu. İstehsalı: 2011 Türkiyə Növ: Dram, Siyasi Rejissor: Sinan Çetin Ssenari: Sinan Çetin Prodüser: Sinan Çetin Musiqi: Fırat Yükselir Fimin şüarı belədir:  “Hangi kağıt hayattan daha değerlidir?” Rejissor Sinan Çetin isə öz filmini belə şərh edib: “Saçma sapan yasaklar koyanların hiç yargılanmamasını eleştirdim.” Rollarda Öner Erkan, Asuman Dabak, Ayşen […]

Heydər Əliyev adına Göygöl rayonuna səfər

Gəncədən Göygölə taksi adamın birini əlli qəpiyə aparır. Yəni dörd nəfər oturursan iki manat. Dörd nəfər oturub gedirik. Sürücünün təxminən 55-60 yaşı olar, hava isti olsa da pencək geyinib. Gəncədən çıxan kimi yolun sağ tərəfində hündür ucsuz bucaqsız rəngli hasar görünür. Üstündə tikanlı tellər quraşdırılıb. Deyilənə görə prezidentin iqamətgahıdır. Ətrafı hündür divarlarla hasarlanıb deyə, ancaq […]

Bloqosfer2011 – təəssürtlarım və tənqidlərim

Bloqosfer 2011  – Bloqçuların və Yeni Media Mütəxəssislərinin II Forumu 2-4 sentyabr tarixlərində Nabranda baş tutdu. Bu yazımda problemlərə toxunsamda ümumi götürdükdə forum yaxşı keçdi. İnternetin vəziyyətini müzakirə etdik, təkliflər hazırlandı, virtual olaraq tanıdığım insanlarla yaxından tanış oldum və maddə 4-də “Bir daha nəzərinizə çatdırırıq ki, forum əyləncə məqsədli deyil” yazılsa da yaxşıca əyləndik. 🙂 […]

Gəncədə quruculuq işləri

Keçən həftə rəhmətə gedən bir qohumun yasında iştirak etmək üçün rayona getməli oldum. Beləliklə həftəsonumu Gəncədə keçirdim. Sizinlə iki gün ərzində şahid olduğum hadisələri paylaşacam. Keçək birbaş mətləbə. Şəhəri görəndə necə deyərlər gözüm kəlləmə çıxdı. Hər tərəf qum-torpaq, küçələr-yollar qazılıb, sökülmüş səkilər, evlər, obyektlər onların zir-zibili gerisini özünüz təsəvvür edin də. İsti, quru, tozlu hava […]