Tag Archives: Gəncə

Mamontlar

Bəzi insanlar var ki, onların adını görəndə də insanın içinə bir pozitiv enerji dolur. Adamda bir yaşayıb-yaratmaq hissi oyanır. Çox sevinirəm ki, həyatımda belə insanlar kifayət qədərdir. Ən başda gələnlərdən biri Turan Yusifovadır. Bu bloq yazısını da onun tələb və təklifi ilə yazıram. Yazı yazmağa biraz ara vermişdim, lakin sözünü etdiyim tələb mənim üçün motivasiya […]

Əsgərin dəyəri

Bildiyiniz Gəncənin Xan bağında oturub mafiya oynayırdıq. Daha doğrusu çay içib mafiya oynayırdıq. Bakıda bulvarda saatın altındakı o Kələki dediyimiz çayxanada dəniz suyundan süzülüb verilən çay 2 manatdır, amma burda ən bahalı, babat çay 1 manat 50 qəpikdir. Bu arada bugün uzun müddətdən sonra saçımı da kəsdirdim. Saç kəsdirib üstəlik də başımı yudurtmağa 3 manat […]

Gəncədə hovuza girmək qadağandır

Bu yaxınlarda Seymur Baycan bir müsahibəsində “Sizcə gözəllik nədən başlayır?” sualına belə cavab vermişdi: “Herman Broxun “Vergilyanın ölümü” əsəri var. Həmin əsərdə Herman Brox yazır ki, həqiqət bəzən gözəlliyin kölgəsində gizlənir. Yaxud, gözəllik bizə həqiqəti görməyə imkan vermir. Fikrini belə əsaslandırır, məsələn, biz Misir piramidalarına baxarkən, piramidaların əzəmətindən o qədər vəcdə gəlirik ki, bu piramidaların […]

Gəncədə quruculuq işləri

Keçən həftə rəhmətə gedən bir qohumun yasında iştirak etmək üçün rayona getməli oldum. Beləliklə həftəsonumu Gəncədə keçirdim. Sizinlə iki gün ərzində şahid olduğum hadisələri paylaşacam. Keçək birbaş mətləbə. Şəhəri görəndə necə deyərlər gözüm kəlləmə çıxdı. Hər tərəf qum-torpaq, küçələr-yollar qazılıb, sökülmüş səkilər, evlər, obyektlər onların zir-zibili gerisini özünüz təsəvvür edin də. İsti, quru, tozlu hava […]

Bayram gündəliyi

17mart Bakı – Gəncə avtobusu Saat 14:20-də dostum Nicatla avtovağzala çatdıq. Bayramla əlaqədər sərnişin çoxluğu hiss olunur. Əgər bayramlarda, tətil günlərində bileti əvvəlcədən almasan saatlarla gözləyə hətta geri qayıda bilərsən. Fürsətdən istifadə edən bəzi sürücülər 6 manatlıq bileti 10 manata satırlar. Bu bir neçə dəfə başıma gəlib. Ona görə də əvvəlcədən almışıq bileti. Avtobusun qapısının […]