Tag Archives: George Orwell

1984’dən seçmələr (II hissə)

Corc Oruell`in 1984 romanından seçmələrin birinci hissəsini paylaşmışdım sizlərlə. «1984»dən seçmələr (I hissə) Kitabı iki həftəyə yaxındır bitirmişəm, amma imkan edib ikinci hissəni yerləşdirə bilmirdim. Buyurun bu da altından xətt çəkdiyim cümlələrin ikinci hissəsi. Bu rəqibin mat elanı qarşısıında yeni, uğurlu gediş etməyə bənzəyirdi. Məktubların açılıb oxunduğu çoxdan heç kimə sirr deyildi. İndi tək-tük adamlar bir-birləri […]

1984’dən seçmələr (I hissə)

Corc Oruell`in «1984» romanını alıb oxumaq üçün xeyli səbirsizlənirdim. Axır ki, alıb oxumaq nəsib oldu. Kitabı demək olar yarılamışam. Oxuduğum qədərilə qeyd edim ki,  tərcümə kifayət qədər gözəldir və buna görə Vilayət Quliyevə xüsusi alqış düşür. Ənənəyə uyğun olaraq romandan seçdiyim cümlələri sizlərlə paylaşıram. İnanclı adam fikirləşmir. Onun ümumiyyətlə fikirləşməyə ehtiyacı yoxdur. Inanclı olmaq – şüursuz olmaq deməkdir. […]

Heyvanıstan

Dünən gecə Corc Oruell`in Heyvanıstan (Animal Farm) povestini bitirdim. Kitabın adı çəkici gəlmişdi, almağı düşünürdüm, amma dostum Eltan daha tez tərpənib kitabı hədiyyə etdi. 🙂 Vilayət Quliyevin tərcümə etdiyi kitab 144 səhifədir. Qanun nəşriyyatında çap edilib, qiyməti 4 manat. Oxuduqca heyrətlənməmək mümkün deyil. 1943-44 cü illərdə yazılsada bugünü, mövcud Azərbaycan cəmiyyətini əks etdirir. Pink Floyd öz […]