Tag Archives: Heyder Eliyev

“Su həyat mənbəyidir” ifadəsi ilə necə razılaşdım

Adını dəqiq xatırlamadığım bir dahi deyib: “su həyat mənbəyidir”. Əgər həmin dahi çarvaka fəlsəfəsinə əsaslanıbsa həyat mənbəyi su ilə yanaşı torpaq, hava və ya od da ola bilərdi. Bəs nə üçün yalnız su? Uzunmüddətli axtarışdan sonra bugün anladım ki, bunun cavabını fəlsəfədə axtarmaq lazım deyil, cavab məişətdədir. Evin ev olması üçün üç şey vacibdir: işıq, qaz, […]

Zor gücü ilə ümummilli ziyarət

Bir neçə gün əvvəl Göygöl rayonunda yaşayan və bir kənddə orta məktəbdə işləyən bir qohumumla söhbətləşdim. Deyir məktəb işçilərini, müəllimləri zorla məcbur edirlər ki, ayın 12-si Heydər Əliyevin heykəlini ziyarət edin. Ziyarət etməyənlər indidən ərizələrini yazıb işdən çıxa bilərlər. Hətta rayon mərkəzində iclas keçirilib bütün məktəb direktorlarına bir-bir göstəriş verilib ki,  sən özünlə filan qədər adam […]

Heydər Əliyev adına Göygöl rayonuna səfər

Gəncədən Göygölə taksi adamın birini əlli qəpiyə aparır. Yəni dörd nəfər oturursan iki manat. Dörd nəfər oturub gedirik. Sürücünün təxminən 55-60 yaşı olar, hava isti olsa da pencək geyinib. Gəncədən çıxan kimi yolun sağ tərəfində hündür ucsuz-bucaqsız hasar görünür. Üstündə tikanlı məftillər quraşdırılıb. Deyilənə görə, prezidentin iqamətgahıdır. Ətrafı hündür divarlarla hasarlanıb deyə ancaq villaların damı […]