Tag Archives: Kitab

Rafiq Tağının həbsxanada oxuduğu kitablar

Bu yazıda Rafiq Tağının 3 illik məhbəs dövründə oxuduğu kitabların siyahısını təqdim edəcəyəm. Rafiq Tağı 2006-cı ilin noyabrında “Sənət qəzeti”ndə çap etdirdiyi “Avropa və biz” məqaləsinə görə həbs olunub, Bakı şəhəri Səbail rayon məhkəməsinin 2007-ci il 4 may tarixli hökmü ilə azadlıqdan məhrum edilib. Onu Cinayət Məcəlləsinin 283-cü maddəsi (milli, irqi və dini ədavətin qızışdırılması) ilə […]

Erotik heykəllər

Sosial şəbəkələrdə məşhur Əli və Nino əsərinə Gürcüstanda heykəl qoyulacağı ilə bağlı söhbətlər gəzişir. Məsələnin geniş rezonans doğurmasının səbəbi isə heykəlin pornoqrafik kompozisiyaya malik olmasıdır. Mentalitet məsələsini bir kənara qoysaq, belə bir irad var ki, əsərdə bu səviyyədə intim səhnə yoxdur. Amma burada bir məsələ var. Deməli, ədəbiyyatda da, incəsənətdə də hansısa əsərdən təsirlənib yeni […]

1984’dən seçmələr (II hissə)

Corc Oruell`in 1984 romanından seçmələrin birinci hissəsini paylaşmışdım sizlərlə. «1984»dən seçmələr (I hissə) Kitabı iki həftəyə yaxındır bitirmişəm, amma imkan edib ikinci hissəni yerləşdirə bilmirdim. Buyurun bu da altından xətt çəkdiyim cümlələrin ikinci hissəsi. Bu rəqibin mat elanı qarşısıında yeni, uğurlu gediş etməyə bənzəyirdi. Məktubların açılıb oxunduğu çoxdan heç kimə sirr deyildi. İndi tək-tük adamlar bir-birləri […]

1984’dən seçmələr (I hissə)

Corc Oruell`in «1984» romanını alıb oxumaq üçün xeyli səbirsizlənirdim. Axır ki, alıb oxumaq nəsib oldu. Kitabı demək olar yarılamışam. Oxuduğum qədərilə qeyd edim ki,  tərcümə kifayət qədər gözəldir və buna görə Vilayət Quliyevə xüsusi alqış düşür. Ənənəyə uyğun olaraq romandan seçdiyim cümlələri sizlərlə paylaşıram. İnanclı adam fikirləşmir. Onun ümumiyyətlə fikirləşməyə ehtiyacı yoxdur. Inanclı olmaq – şüursuz olmaq deməkdir. […]

Yalquzaq’dan seçmələr

Herman Hesse XX əsr alman ədəbiyyatının ən görkəmli nümayəndələrindən biridir. Nobel mükafatı laureatı (1946) olan yazıçı “Muncuq oyunu” “Yalquzaq” kimi məşhur romanların müəllifidir. Yalquzaq (almanca: Der Steppenwol) 1927-ci ildə nəşr edilib. Romanın baş qəhrəmanı Harri Haller insanlardan tamamilə ayrı düşmüş, cəmiyyətlə arasındakı zidiyyətlər getdikcə daha da dərinləşmişdi. Harri  insandır, insanlar kimi geyinir, evdə yaşayır, ülvi hisslər […]

Heyvanıstan

Dünən gecə Corc Oruell`in Heyvanıstan (Animal Farm) povestini bitirdim. Kitabın adı çəkici gəlmişdi, almağı düşünürdüm, amma dostum Eltan daha tez tərpənib kitabı hədiyyə etdi. 🙂 Vilayət Quliyevin tərcümə etdiyi kitab 144 səhifədir. Qanun nəşriyyatında çap edilib, qiyməti 4 manat. Oxuduqca heyrətlənməmək mümkün deyil. 1943-44 cü illərdə yazılsada bugünü, mövcud Azərbaycan cəmiyyətini əks etdirir. Pink Floyd öz […]

Taun’dan seçmələr

Fransız yazıçı, tənqidçi Nobel mükafatı laureatı Alber Kamyu 1913-cü ildə Əlcəzairdə anadan olub. Atası sadə kəndli olub. 1914-cü ildə müharibədə həlak olub və Kamyu demək olar ki, dünyaya göz açandan aclıq və rəzalət görüb. O, əvvəlcə liseydə oxuyub. 1936-cı ildə  Əlcəzair universitetinin fəlsəfə fakültəsini magistr dərəcəsi ilə bitirib. Gənc yaşlarında vərəm xəstəliyinə yoluxub. 25 yaşından jurnalistika […]

Cırtdan kitablar aləmi

İçərişəhər metrosundan çıxıb sağa döndükdən sonra, Qədim İçərişəhərə daxil olursan. XV əsr memarlıq abidəsi olan Şirvanşahlar saray kompleksi ilə yanaşı bir muzey var. Miniatür Kitab Muzeyi. İlk andan diqqətimi elə də cəlb etməsədə, “giriş pulsuzdur” yazısını gördükdən sonra açıq vəziyyətdə olan qapıdan içəri girirəm. İçəridə yaşlı, ağ saçlarını səliqə ilə yığmış, aristokratik bir görkəmə sahib […]