Sabitlik dövrü

Dünən, 2012-ci ilin 15 aprelində gecə yatmayıb səhərə yaxın yatdığım bir gündə bir hadisə ilə qarşılaşdım. Hadisədən sonra atalar demiş əlim üzümdə qaldı.

Evdən çıxıb indiki Təbriz, keçmiş Çapayev küçəsində indiki 24, keçmiş 224 nömrəli avtobusa minib 28 may metrostansiyasına tərəf istiqamət almışdıq. Təxminən Əbu Bəkr məscidinin yanında digər yoldan avtobusun yoluna çıxan BMW markalı avtomobil öz arxa qapısından yüngülvari xəsarət almalı oldu. Tıxac var idi. Normalda Təbriz küçəsi baş küçə olduğu üçün yol avtobusun idi, BMW yol verməli idi. Amma yol vermədi, avtobus sürücüsü də demək olar özü bilə-bilə vurdu maşını. Kimin günahkar olduğunu çox fikirləşsəm də, müəyyənləşdirə bilmədim, onsuz da deyəcəyim bu deyil.

Arxa qapısı vurulan BMW-nin sürücüsü, cavan bir qaqaş yanında da biri avtomobildən düşüb günün günorta çağı, içi sərnişinlə dolu avtobusu təpikləyib əzdi, gecə lapmalarını filan sındırdı, sürücüyə ağzına gələni dedi. Sonra da oturub maşına sürüb getdi. Sərnişinlər, ümumi ətrafda çox adam olmasaydı əminəm ki, sürücünün özünü də döyəcəkdilər.

Belə. Avtobusdan düşənə kimi konkret donmuş vəziyyətdə qalmışam. Görün necə ölkədə yaşayırıq.

Unutmayın: kiçik ehtiyatsızlıq və ya diqqətsizlikdən bir maşını cızası olsanız bu sizin həyatınız bahasına başa gələ bilər.

2 comments

  1. Orxan · · Reply

    iranda kiminse masinini vurub ezsen, ezilen masinin sürücüsünden bele sözler esideceksen: ağeyi canin sag olsun, demir parcasidi fikir eleme 😀

  2. Ruslan Əsəd · · Reply

    Bəli. elə bir ölkədə yaşayırıq ki, o özündə o hərəktələri etmək azadlığı hiss edir.

Cavab qoy